• $ 1.7
  • € 1.9829
  • ₽ 0.021086
  • ₺ 0.0413
  • £ 2.2954

TAP boru kəməri ilə Avropaya qaz tədarükü sentyabrın 1-də 6% artıb

TAP boru kəməri ilə Avropaya qaz tədarükü sentyabrın 1-də 6% artıb
01.09.2025 09:54

Sentyabrın 1-də Azərbaycan qazını Avropaya daşıyan Trans-Adriatik Boru Kəmərinin (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən 366,96 milyon kVt/saat həcmində sifariş alınıb. Bu, əvvəlki həftənin eyni günü ilə müqayisədə 6 % artım deməkdir.

Sentyabrın 2-dən 8-dək Kipoi nöqtəsindən sifarişlər 331,02 milyon kVt/saat təşkil edib ki, bu da əvvəlki göstəricilərlə müqayisədə 4,3–4,4 % azalma deməkdir.

İtaliyanın Melenduqno çıxış nöqtəsindən sentyabrın 1-də 301,94 milyon kVt/saat sifariş qeydə alınıb – əvvəlki həftəyə nisbətən 5,9 % artım. Amma sentyabrın 2–8-də bu nöqtə üzrə sifarişlər 271,99 milyon kVt/saat olub və əvvəlki həftəyə nisbətən 3,1–4,6 % azalıb.

Yunanıstanın digər iki çıxış nöqtəsində – Komotini və Nea Mesimvria – gündəlik sifariş həcmi dəyişməyib: müvafiq olaraq 28,67 milyon və 30,35 milyon kVt/saat.

TAP-ın ümumi uzunluğu 878 km-dir və 2020-ci ilin dekabrından Azərbaycan qazı bu kəmərlə Avropaya ixrac olunur.

Gülnar 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bank Respublika ölkəmizdə keçirilən 49-cu Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin Dünya Finalının tərəfdaşıdır
İqtisadiyyat 11:01
Bank Respublika ölkəmizdə keçirilən 49-cu Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin Dünya Finalının tərəfdaşıdır
Azərbaycan üzrə pul köçürmələrində azalma müşahidə olunub
İqtisadiyyat 10:54
Azərbaycan üzrə pul köçürmələrində azalma müşahidə olunub
TAP boru kəməri ilə Avropaya qaz tədarükü sentyabrın 1-də 6% artıb
İqtisadiyyat 09:54
TAP boru kəməri ilə Avropaya qaz tədarükü sentyabrın 1-də 6% artıb
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:49
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 10:07
Azərbaycan nefti bahalaşıb
Zolotaya Korona köçürmələri Yelo App ilə daha sürətli!
İqtisadiyyat 15:58
Zolotaya Korona köçürmələri Yelo App ilə daha sürətli!
Dəmir yolları sektorunda ixrac artımı – 1,5 milyon dollarlıq xidmət satılıb
İqtisadiyyat 15:36
Dəmir yolları sektorunda ixrac artımı – 1,5 milyon dollarlıq xidmət satılıb
İqtisadiyyata kredit qoyuluşları 30 milyard manatı keçib
İqtisadiyyat 15:20
İqtisadiyyata kredit qoyuluşları 30 milyard manatı keçib
Debet kartları artır, kredit kartları azalır – nağdsız dövriyyə yüksəlir
Cəmiyyət 14:00
Debet kartları artır, kredit kartları azalır – nağdsız dövriyyə yüksəlir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol