• $
  • €
  • ₽
  • ₺
  • £

ABB-nin dəstəyi ilə Bakı Caz Festivalı başlanır!

ABB-nin dəstəyi ilə Bakı Caz Festivalı başlanır!
21.10.2025 14:28

Oktyabrın 24-də paytaxtımızda növbəti dəfə Bakı Caz Festivalına start verilir. Payız mövsümünün bu mühüm mədəniyyət tədbiri ABB-nin tərəfdaşlıq dəstəyi ilə keçirilir. 
Bu il həm də Bakı Caz Festivalının 20 illik yubileyidir. 2005-ci ildə tanınmış saksofon ifaçısı və bəstəkar Rain Sultanovun əsasını qoyduğu Bakı Caz Festivalı bu illər ərzində mədəniyyətlər və caz ənənələri arasında körpüyə çevrilib.


Festival 31 oktyabra qədər davam edəcək. Bu günlər ərzində Bakıda dünyanın tanınmış caz musiqiçiləri çıxış edəcəklər. 


Festival çərçivəsində açıq məkanlardan tutmuş kamera salonlarına qədər bir çox məkanlarda konsertlər, sərgilər, cem-sessiyalar, film nümayişləri, ustad dərsləri və seminarlar təşkil olunacaq. Festivalda həmçinin Böyük Britaniya və İsveçrənin tanınmış musiqi bloqçuları ilə görüşlər, caz üzrə beynəlxalq ekspertlərlə müzakirələr paneli keçiriləcək.


Builki festivalda sağlamlıq imkanları məhdud gənclər üçün xüsusi ustad dərsləri və konsertlər də nəzərdə tutulub. 


ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, //abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən əldə etmək olar.
 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol