Neftin qiyməti və uçot dərəcəsi arasında birbaşa əlaqə yoxdur - Taleh Kazımov

Neftin qiyməti və uçot dərəcəsi arasında birbaşa əlaqə yoxdur - Taleh Kazımov
Neftin qiymətindəki dəyişikliklə uçot dərəcəsinin səviyyəsi arasında birbaşa əlaqə müşahidə olunmur. Bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov bildirib.
Onun sözlərinə görə, neft qiymətlərindəki dəyişikliklər əsasən tədiyyə balansına təsir göstərsə də, uçot dərəcəsinə və idxal qiymətlərinə təsiri məhduddur.
“Bizim modellər göstərir ki, əsas inkişaf etmiş ölkələrdə faiz dərəcələrinin dəyişimi idxal qiymətlərinə cüzi təsir edir, buna görə də neftin qiyməti ilə uçot dərəcəsi arasında birbaşa əlaqə yoxdur,” – o qeyd edib.
Proqnozlara əsasən, 2025-ci ildə neftin orta qiyməti 64–65 dollar/barel intervalında olacaq.
Mərkəzi Bank nominal effektiv məzənnənin ilin sonuna doğru təxminən 2% azalacağını, 2026-cı ildə isə 7% möhkəmlənəcəyini gözləyir.
Rəqəmlərə görə, hazırda real effektiv məzənnə indeksi 111 bənd səviyyəsindədir. Bu göstərici ticarət tərəfdaşlarında müşahidə edilən inflyasiya fərqlərini nəzərə alaraq manatın məzənnəsinin sabitliyini qoruduğunu göstərir.
Kazımov həmçinin qeyd edib ki, nominal effektiv məzənnənin 2026-cı il üzrə azaldıcı təsiri 2,16 faiz bəndi səviyyəsində qiymətləndirilir.
Dollar indeksində son aylarda müşahidə edilən azalma (hazırda 98,9 səviyyəsində) qlobal valyutalarla müqayisədə orta hesabla “qayıdış effekti” kimi qiymətləndirilir.
N.Təbrizli