• $
  • €
  • ₽
  • ₺
  • £

Qazaxıstan “Lukoil”u çıxarmağa hazırlaşır, bəs Azərbaycan?

Qazaxıstan “Lukoil”u çıxarmağa hazırlaşır, bəs Azərbaycan?
28.10.2025 10:00

Qazaxıstan “Lukoil” şirkətinə qarşı tətbiq edilən Qərb sanksiyaları fonunda “KazMunayGas”ın vəziyyətdən çıxış yollarını müəyyənləşdirmək üçün beynəlxalq məsləhətçilərlə əməkdaşlıq edir. Bu barədə “Samruk-Kazına”nın İdarə Heyətinin sədri Aydar Rıskulov Astanada jurnalistlərə bildirib.

“Hazırda ‘KazMunayGas’ın vəziyyətdən necə çıxmalı olduğu ilə bağlı müvafiq, o cümlədən beynəlxalq məsləhətçilərlə geniş və mürəkkəb iş aparılır... ‘Lukoil’in Qazaxıstanda böyük layihələri var, məsələ çətin və kompleksdir. ‘Lukoil’ Qazaxıstan və ‘KazMunayGas’ üçün həmişə etibarlı tərəfdaş olub”, –  Rıskulov qeyd edib.

O əlavə edib ki, sanksiya məhdudiyyətləri nəzərə alınmaqla gələcək əməkdaşlıq istiqamətinə dair qərar “yaxın vaxtlarda – bir neçə həftə ərzində” qəbul ediləcək.

Azərbaycan üçün vəziyyət xüsusi əhəmiyyət daşıyır.  “Lukoil Azerbaijan” ölkədə ikinci ən iri yanacaqdoldurma şəbəkəsinə sahibdir, “Azəri–Çıraq–Günəşli” layihəsində 10% və “Şahdəniz” qaz yatağında 19,99% paya malikdir.

Şirkətin yerli törəmə qurumu hələ sanksiyalar siyahısına salınmasa da, qadağalar onun maliyyə əməliyyatlarını çətinləşdirə bilər.

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, “Lukoil Azerbaijan”ın Azərbaycan dövləti tərəfindən alınması hazırda gündəmdə deyil.

" ABŞ-nin  imzaladığı sanksiyalar noyabrın 21-də qüvvəyə minəcək. Putin sanksiyalardan sonra demişdi ki, biz onsuz da sanksiyalara öyrəşmişik, bundan yan keçməyi bacarırıq. Tramp da dedi ki, o Avropanın sanksiyasıydı, indi gör, mənim sanksiyamın sənə təsiri olacaq, yoxsa yox. Hələki “Lukoyl”un Rusiyadan sonra ən böyük layihəsi İraqdadır. Daha sonra Qazaxıstan, Özbəkistan və nəhayət Azərbaycan gəlir.   Bu layihələrdən çıxması, onlara da sanksiya tətbiq edilməsi məsələsi gündəmdə deyil",  - Şaban bildirib. 

N.Təbrizli

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol