• $
  • €
  • ₽
  • ₺
  • £

Keçmiş illərdə SOCAR-da xaos və səmərəsizlik hökm sürüb - nazir

Keçmiş illərdə SOCAR-da xaos və səmərəsizlik hökm sürüb - nazir
04.11.2025 17:10

Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) əvvəlki illərdə özbaşınalıq və qeyri-səmərəlilik hökm sürüb. Bunu Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Hüseynquliyevin tənqidlərinə cavabında bildirib.

Azərbaycanın 2026-cı il dövlət büdcəsi layihəsinin parlamentdə müzakirəsi zamanı deputat Dövlət Neft Şirkətini (SOCAR) kifayət qədər şəffaf olmamaqda və aşağı səviyyəli vergi ödənişlərində ittiham edib.

Deputatın sözlərinə görə, şirkətin ictimai hesabatlarında və təqdim edilən vergi daxilolmaları məlumatlarında uyğunsuzluqlar müşahidə olunur ki, bu da korporativ idarəetmənin səmərəliliyi və vergi öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı suallar doğurur.

Hüseynquliyev vurğulayıb ki, dövlət şirkətləri fiskal öhdəliklərini tam şəkildə yerinə yetirməli və özəl sektor üçün şəffaflıq baxımından nümunə olmalıdırlar.

Nazirin sözlərinə görə, son beş il ərzində SOCAR-ın xalis mənfəəti iki dəfədən çox artıb.

“Vergi ödənişlərinə aid edilən şərhlər yanlışdır. Bu məlumatlar açıqdır. Guya şirkət yalnız mənfəət vergisi ödəyir – bu, doğru deyil. 

Müəssisə müxtəlif növ vergilər ödəyir. Buna görə də dövlət şirkətlərinin fəaliyyətinin optimallaşdırılması məsələsi müvafiq dövlət strukturlarının daim diqqət mərkəzindədir və belə də qalacaq. Hər hansı şirkətin, o cümlədən SOCAR-ın fəaliyyəti ilə bağlı suallar yaranırsa, onlar birbaşa SOCAR-a ünvanlanmalıdır”, – Cabbarov vurğulayıb.

Nazir həmçinin iqtisadi məsələlərin müzakirəsi zamanı siyasi bəyanatlar verməməyi tövsiyə edib.

N.Təbrizli

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol