Kənd təsərrüfatı və ərzaq təhlükəsizliyində 1,2 milyard manat ayrılacaq
Azərbaycan 2026-cı ildə kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi xərclərini üçün dövlər büdcəsindən 1,2 milyard manat ayrılacaq. Bunu maliyyə naziri Sahil Babayev dövlət büdcəsini təqdim edərkən deyib.
Nazirin sözlərinə görə, aqrar sektora ayrılacaq vəsaitin miqdarı proqnozlaşdırılan aqrar ÜDM-in 15%-i səviyyəsinə çatacaq ki, bu da sektora dövlət dəstəyinin genişləndirildiyini göstərir.
Növbəti il 513 milyon manat ərzaq təhlükəsizliyi proqramlarına, subsidiyalara, kənd təsərrüfatı texnikası və avadanlıqlarının alınmasına, eləcə də suvarma sistemlərinə tətbiq olunan güzəştlərə yönəldiləcək. Eyni zamanda 490 milyon manat torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması üçün ayrılacaq.
Gələn il həmçinin 219 milyon manat baytarlıq sahəsi və aqrar tədbirlərin digər istiqamətlərinə sərf ediləcək.
Gülnar Nazimqızı