Qeyri neft sektorunda maaş fondu 3 dəfə artıb - Nazir
Azərbaycan iqtisadiyyatında son 7 ildə qeyri-neft-qaz özəl sektorunda maaş fondu üç dəfə artıb. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisdə dövlət büdcəsi müzakirələri zamanı deyib.
Nazir bildirib ki, dövlət büdcəsinin qeyri-neft-qaz gəlirlərində müşahidə olunan yüksəliş vergi dərəcələrinin qaldırılması hesabına deyil, şəffaflaşma və gücləndirilmiş vergi inzibatçılığı nəticəsində vergitutma bazasının genişlənməsi ilə əldə olunub.
Onun sözlərinə görə, vergi daxilolmalarının artması iqtisadiyyatda dövriyyələrin rəsmiləşməsi və kölgə iqtisadiyyatının azalması ilə sıx bağlıdır.
Cabbarov qeyd edib ki, 2019–2025-ci illər üzrə gözlənilən göstəricilər nəzərə alındıqda, əhalinin gəlirlərinin əsas mənbəyi olan qeyri-neft-qaz özəl sektorunda əmək haqqı fondu 3 dəfə yüksəlib. Bu dinamika həm iqtisadi aktivliyin artması, həm də rəsmiləşmə proseslərinin sürətlənməsi ilə əlaqələndirilir.
Gülnar Nazimqızı