SİMA platformasının istifadəçi sayı açıqlanıb
SİMA platformasının istifadəçi sayı 5,5 milyonu keçib. Bunu platformanın məhsul xətti üzrə təqdimat zamanı məlumat verilib. Bunu AzInTelecom-un Məhsul və Xidmətlər Şöbəsinin müdiri Tamerlan Məşədihəsənli bildirib.
O bildirilib ki, SİMA ekosisteminin ilk məhsulu olan SİMA Token 2021-ci ildə “E-İmza” adı ilə istifadəyə verilib.
"Platformanın ən geniş istifadə edilən xidmətlərindən biri olan SİMA İmza 2022-ci ildən tətbiq olunmağa başlayıb. Biometriya texnologiyalarına əsaslanan xidmət hazırda bazarda kütləvi istifadə olunan rəqəmsal imza həlli kimi çıxış edir. SİMA İmza vasitəsilə hər gün milyonlarla imzalama və autentifikasiya əməliyyatı həyata keçirib",- o vurğulayıb.
O bildirib ki, Şirkət həmçinin 2023-cü ildə istifadəyə verilən KYC (müştərinin identifikasiyası) məhsulunu da təqdim edib.
"KYC xidmətinə biometriya əsasında identifikasiya, videozəng və video-yazı modulları daxildir. Bu həll Mərkəzi Bankın tələblərinə uyğun olaraq formalaşdırılıb və maliyyə təşkilatlarının müştəri tanıma proseslərini avtomatlaşdırmasına imkan verir", o bildirib.
Aytac