Rəqabət məcəlləsi satınalamalara müsbət təsirini göstərib - Sədr
Azərbaycanda dövlət satınalmalarında səmərəlilik artıb. Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov dövlət büdcəsi haqqında qanuna münasibət bildirərkən deyib.
O bildirib ki, son 9 ayda ölkə üzrə 6 500-dən çox müsabiqə keçirilib və yeni qanun çərçivəsində dəyişiklik imkanlarının genişləndirilməsi satınalma proseslərinin effektivliyini artırıb.
Gülməmmədovun açıqlamasına görə, satınalmalar üzrə 20-dən yuxarı təklif təqdim edilib, bu da rəqabətin artdığını göstərir.
Sədr vurğulayıb ki, müsabiqələrin 60 faizi ikinci rübdən, 30 faizi üçüncü rübdən başlayıb, yəni əksər təşkilatlar vaxtında və planlı şəkildə satınalma prosesinə qoşulub.
Gec başlayan satınalmalarda 20 faiz azalma müşahidə olunub, bu da yaxşı göstərici hesab edilir.
Gülnar Nazimqızı