Aşağı gəlirləri olanlar üçün vergi yükü mərhələli şəkildə azaldılacaq - Cabbarov
Prezident İlham Əliyevin təşəbbüsü ilə əmək bazarında leqallaşma prosesinin davam etməsi üçün aşağı gəlir kateqoriyalarına daha yüngül vergi yükünün tətbiqi məqsədəuyğun hesab edilib. Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Nazirin sözlərinə görə, bu çərçivədə qeyri-neft-qaz özəl sektorunda əməkhaqlarının mərhələli şəkildə vergiyə cəlb olunmasına dair yeni model təklif edilib.
Yeni dərəcələr aşağıdakı kimi müəyyən olunub.
2026-cı il üçün:
2 500 manatadək gəlir – 3%
2 500–8 000 manat arası – 75 manat + 10%
8 000 manatdan yuxarı – 625 manat + 14%
2027-ci il üçün:
2 500 manatadək – 5%
2 500–8 000 manat arası – 125 manat + 10%
8 000 manatdan yuxarı – 675 manat + 14%
2028-ci il üçün:
2 500 manatadək – 7%
2 500–8 000 manat arası – 175 manat + 10%
8 000 manatdan yuxarı – 725 manat + 14%
Bundan əvvəl maliyyə naziri Sahil Babayev bildirib ki, Azərbaycanda “vergi artımı” barədə deyilənlər həqiqətə uyğun deyil və əksinə, onlarla vergi güzəşti tətbiq olunub.
Nazir müavini Sahib Ələkbərov isə əlavə edib ki, güzəştlərin ləğvindən söhbət getmir. Sadəcə əvvəlki 7 illik güzəşt müddəti bitib və yeni mexanizm qüvvəyə minir.
Gülnar Nazimqızı