Mərkəzi Bank ölkədə vahid açıq bankçılıq standartlarının tətbiqini planlaşdırır
Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə vahid açıq bankçılıq standartlarının tətbiqini planlaşdırır. Bunu AMB-nin Xüsusi tənzimləmə rejiminin təşkili şöbəsinin rəisi Sahib Həsənov IX Beynəlxalq Bank Forumunda məlumat verib.
O bildirib ki, vahid standartların tətbiqi şəffaflığın artırılmasına və maliyyə sektorunda rəqabətin güclənməsinə imkan verəcək.
Şöbə rəisi həmçinin əıavə edib ki, bu yanaşma beynəlxalq təcrübədə, o cümlədən Gürcüstanda da tətbiq olunub.
“AMB finteklərə və banklara bərabər şərait yaradıb ki, onlar mövcud funksionallıqlardan istifadə edərək, tələblərə uyğun yeni və innovativ məhsullar təqdim edə bilsinlər”, – Sahib Həsənov əlavə edib.
Aytac