• $
  • €
  • ₽
  • ₺
  • £

Bu ilin sonuna kimi Azərbaycan vasitəsilə Ermənistana yeni yüklər daşına bilər - rəsmi

Bu ilin sonuna kimi Azərbaycan vasitəsilə Ermənistana yeni yüklər daşına bilər - rəsmi
26.11.2025 17:08

2025-ci ilin sonuna qədər Azərbaycan ərazisi vasitəsilə Rusiyadan Ermənistana yeni yük tədarükü gözlənilir. Bu barədə “Cənubi Qafqaz Dəmir Yolu” QSC-nin baş direktoru Aleksey Melnikov Anews-a bildirib.

2008-ci ildən bəri Ermənistanın dəmir yolu şəbəkəsinin idarə edilməsi Cənubi Qafqaz Dəmir Yolu (CQDY) tərəfindən həyata keçirilir. Bu şirkət Rusiya Dəmir Yollarının (RZD) 100%-lik törəmə müəssisəsidir.

“Azərbaycan üzərindən yükdaşımaların perspektivləri yaxşıdır. Hazırda iki tədarük həyata keçirilib. Rusiya və Qazaxıstandan taxıl daşınıb.  İlin sonuna qədər Rusiyadan yeni daşımalarr gözlənilir. Həcmləri hələ deyə bilmərəm, çünki dəyişir”, —  Melnikov qeyd edib.

Onun sözlərinə görə, Ermənistan dəmir yolu ilə ildə təxminən 1,5 milyon ton yük daşınır, halbuki yolun texniki buraxılış qabiliyyəti 8 milyon tondur.

“Yolu modernləşdiririk, relsləri təmir edirik. Texniki imkanlar yük dövriyyəsini bir neçə dəfə artırmağa imkan verir. Şimal dəhlizi ilə göndəriləcək bütün yükləri qəbul etməyə hazırıq”, — şirkət rəhbəri vurğulayıb.

TRİPP layihəsinə toxunan Melnikov bildirib ki, bu məsələ ilə Ermənistan hökuməti məşğul olur.

Logistika üzrə ekspert Rauf Ağamirzəyevin sözlərinə görə, SSRİ dönəmində Ermənistan ərazisindən keçən 43 km dəmir yolu uzunluğunda Zəngəzur dəhlizindən keçib və sovet Azərbaycan Dəmir Yoluna tabe olub.

Ekspert qeyd edib ki, TRİPP işə düşdükdən sonra 43 kilometrlik xətt müstəqil fəaliyyət göstərəcək və faktiki olaraq CQZDY üçün rəqibə çevriləcək.

“Beləliklə, Ermənistanda Amerika və Rusiya şirkətləri arasında rəqabət yaranacaq”, — Ağamirzayev bildirib.

TRİPP (Trump Route for International Peace and Prosperity) — ABŞ Prezidenti Donald Tramp administrasiyasının Cənubi Qafqaz üçün irəli sürdüyü yeni sülh arxitekturasıdır və ilk növbədə Azərbaycanla Ermənistan arasında münasibətlərin tam həllini hədəfləyir.

Faktiki olaraq TRİPP — siyasi nizamlanmanı, iqtisadi inteqrasiyanı və regionun nəqliyyat bağlantılarını birləşdirən Amerika “yol xəritəsidir”.

TRİPP  dövlətlərin ərazi bütövlüyünün tam tanınması,  ərazi iddialarının olmaması,  sərhədlərin qarşılıqlı açılması,  Qarabağ üzrə erməni məsələsinin tam bağlanmasını nəzərdə tutur.

ABŞ-ın planına görə TRİPP, Rusiyanın marşrutlarına alternativ olmalı, Xəzər – Türkiyə – Avropa xətti üzrə yeni strateji bağlantı yaratmalı və ABŞ-ın Avrasiya logistikasının tərkib hissəsinə çevrilməlidir.

Marşrut ilkin olaraq belə nəzərdə tutulur: Azərbaycan — Naxçıvan — Türkiyə, buradan isə Xəzər vasitəsilə Mərkəzi Asiya, Türkiyə vasitəsilə Avropa istiqamətlərinə çıxış.

Format yalnız iqtisadiyyat və nəqliyyat komponentlərini əhatə edir, hərbi element daxil deyil.

TRİPP çərçivəsində Amerika özəl şirkətlərinin iştirakı, investisiya zəmanətləri və xüsusi ticarət zonalarının yaradılması planlaşdırılır.

Bu təşəbbüs, ABŞ-ın bölgədə Çin və Rusiyanın təsirini azaltmaq strategiyasının bir hissəsidir.

TRİPP, qarşıdurma xətlərinin istifadə edilməsini dayandırmağı, sərhədlərin birgə monitorinqinə keçidi və üçüncü ölkələrin hərbi mövcudiyyətinin azalmasını təklif edir.

Ankara layihədə əsas tərəfdaş kimi nəzərdən keçirilir — Türkiyə nəqliyyat, enerji və regional vasitəçilik istiqamətlərində mühüm rol oynayır.

Prezident Rəcəb Tayyib Ərdoğan, TRİPP-in tərəflərin maraqlarını nəzərə aldığı halda mümkün olacağını bildirib.

ABŞ TRİPP-i Cənubi Qafqazda Rusiyanın təsirini minimuma endirmək və Moskvanın tənzimləmədəki monopoliya rolunu aradan qaldırmaq üçün irəli sürür.

Bakı TRİPP-i dəstəkləyir, çünki layihə Azərbaycanın ərazi bütövlüyünü hüquqi olaraq təsbit edir, iqtisadi imkanlar açır, ölkənin regional rolunu gücləndirir və layihəyə ABŞ ilə Türkiyə tərəfindən təminat verilir.

N.Təbrizli

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol