• $
  • €
  • ₽
  • ₺
  • £

“Azəriqaz” Abutalıbovu niyə məhkəməyə verib?

“Azəriqaz” Abutalıbovu niyə məhkəməyə verib?
17.12.2013 18:06
“Azəriqaz” İstehsalat Birliyinin Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verməsinin səbəbi bəlli olub.Birliyin ictimaiyyətlə əlaqə şöbəsinin rəisi Araz Ağayev Modern.az-a bildirib ki, aprel ayında Qaradağ qaz-istismar sahəsi tərəfindən əraziyə baxış keçirilərkən məlum olub ki, Lökbatan qəsəbəsi, “Sədərək” Ticarət Mərkəzinin yaxınlığında qapalı ərazidə tikinti aparılıb.A.Ağayevin sözlərinə görə, həmin ərazidə Lökbatan qəsəbəsinin qaz təchizatını təmin edən 311 metrlik orta təzyiqli yeratlı politilen borunun 350 metr hissəsi, eyni zamanda orta təzyiqli 325 millimetr diametri olan yerüstü metal borunun 60 metr hissəsi daş hasarın içərisində qapalı şəraitdə qalıb.“Bu isə həmin qaz kəmərlərinə texniki baxış zamanı profilaktik xidmət göstərilməsinə maneçilik törətdiyi üçün müvafiq qaydada qaz istismar sahəsi “Azəriqaz” İstehsalat Birliyinə müraciət edib. Birlik də həmin müraciəti əsas götürərək bununla bağlı həm Fövqəladə Hallar Nazirliyinə, həm də Bakı Şəhər İcra hakimiyyətinə müvafiq məktublar göndərib. Araşdırma nəticəsində məlum olub ki, həmin tikinti Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin şəhər ərazisinin tikinti planlaşdırma idarəsi tərəfindən aparılıb. Bununla bağlı BŞİH-ə müraciətdə xahiş olunub ki, həmin ərazidəki qaz xəttinə profilaktik xidmət və texniki baxış göstərilməsində çətinliklər yarandığı üçün tikinti dayandırılsın. Müraciətdə də göstərilib ki, qaz kəməri daş hasarın içinə salınaraq torpaq qazma işlərinə başlanılıb və işlərin görülməsinin dayandırılması xahiş olunub. Lakin Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən müraciətə müsbət cavab verilmədiyi üçün tikinti işləri davam etdiyindən “Azəriqaz” İstehsalat Birliyi tərəfindən məhkəməyə müraciət olunub”.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol