• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank-ın dəstəyi ilə 4-cü “YAŞA” Mərkəzi istifadəyə verildi

Kapital Bank-ın dəstəyi ilə 4-cü “YAŞA” Mərkəzi istifadəyə verildi
07.01.2026 11:30

Ölkənin birinci bankı Kapital Bank yaşlı nəslin həyat keyfiyyətinin yüksəldilməsi və təqaüd dövrünün daha fəal keçirilməsi məqsədilə “Üçüncü Bahar” İctimai Birliyinin “YAŞA” Mərkəzlərinə dəstək göstərməyə davam edir. Bu istiqamətdə 4-cü “YAŞA” Mərkəzi paytaxt Bakıda istifadəyə verilib.

Yeni mərkəz, İçərişəhər və ətraf ərazilərdə yaşayan yaşlı insanlar üçün sosial əlaqələrin gücləndirilməsi, birgə öyrənmə və paylaşma mühitinin yaradılması, həmçinin fəal həyat tərzinin təşviqi sahəsində vacib layihələrin həyata keçirilməsini hədəfləyir. Burada yaşlıların bir araya gələrək öz bacarıqlarını inkişaf etdirmələri, həyat təcrübələrini bölüşmələri və özlərini cəmiyyətin aktiv üzvü kimi hiss etmələri üçün bütün lazımi şərait yaradılıb. Mərkəzin xidmətlərindən yararlanmaq istəyən şəxslər (+99450)343-44-14 nömrəsi ilə əlaqə saxlayaraq qeydiyyatdan keçə bilərlər.

2017-ci ildən etibarən “Üçüncü Bahar” İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihə çərçivəsində ötən dövr ərzində 45 000 nəfərdən çox təqaüdçü müxtəlif təlimlərə cəlb olunub. Artıq 9 ildir ki, Kapital Bank-ın dəstəyi ilə Bakı, Mingəçevir və Şamaxı şəhərlərində “YAŞA” Mərkəzlərinin uğurlu fəaliyyəti təşkil olunur. Bank əməkdaşlarının mentorluğu ilə keçirilən təlimlərdə 200-dən çox təqaüdçüyə maliyyə, hüquq və informasiya təhlükəsizliyi mövzularında vacib bacarıqlar öyrədilib. Bu təşəbbüs Kapital Bank-ın yaşlı nəslin həyat keyfiyyətinin artırılmasına, onların cəmiyyətə inteqrasiyasına və sağlamlığının qorunmasına yönələn davamlı sosial məsuliyyət fəaliyyətinin növbəti addımıdır.

“YAŞA” Mərkəzlərində yaşlılar üçün gündəlik əsasda müxtəlif dərnəklər və məşğələlər təşkil olunur. Proqramlara qurama, toxuma, ingilis dili, rəsm, musiqi və digər yaradıcılıq fəaliyyətləri daxildir. Bununla yanaşı, informasiya sessiyaları, master-klasslar və tematik tədbirlər vasitəsilə ahıllar yeni bilik və bacarıqlar qazanır, sosial mühitdə fəal iştirak imkanları əldə edirlər. Bu fəaliyyətlər yaşlı insanların həm fiziki, həm də psixoloji sağlamlığının qorunmasına, onların gündəlik həyatlarının daha keyfiyyətli və dolğun təşkilinə xidmət edir.

Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 115 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – //kbl.az/prcrc. 

 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol