Sadiq Əliyev Dövlət Xəzinədarlıq Agentliyinə direktor təyin edilib
Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinə Sadiq Əliyev direktor təyin olunub. Bu barədə nazirlik məlumat yayıb.
Əliyev bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.
1984-cü ildə anadan olan S. Əliyev 2001–2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə-kredit ixtisası üzrə bakalavr, 2005–2007-ci illərdə magistr dərəcəsi alıb.
O, 2006–2019-cu illərdə İqtisadiyyat Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, 2019–2024-cü illərdə isə ƏƏSMN-nin Strateji planlaşdırma və innovasiyalar şöbəsinin müdiri olub.
Son xəbərlər
Daha çox