Yanvarda Azərbaycanda geri qaytarılan ƏDV 19,68 milyon manat olub
2026-cı ilin yanvar ayında Azərbaycanda pərakəndə ticarət, iaşə, mədəniyyət və tibbi xidmətlər sahəsində ödənilmiş ƏDV-nin 19 milyon 680,2 min manatı fiziki şəxslərə geri qaytarılıb. Bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.
ƏDV-nin geri qaytarılması mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), teatr tamaşaları, film nümayişləri, muzey ziyarətləri, simfonik orkestr konsertləri, tibb müəssisələri və özəl tibbi praktikada göstərilən tibbi xidmətlər, habelə işğaldan azad edilmiş ərazilərdə yerləşən mehmanxanaların gecələmə xidmətlərini əhatə edib.
Xarici vətəndaşların ölkədə fərdi istehlak üçün aldığı mallara görə dövlət büdcəsindən qaytarılmış ƏDV (“tax free”) məbləği 718,2 min manat təşkil edib.
Aytac
Son xəbərlər
Daha çox