Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılı göndəriləcək

Bu gün Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana Rusiya taxılı göndəriləcək.
Anews.az xəbər verir ki, 7 vaqondan ibarət yük qatarı Bakıdakı Biləcəri Dəmiryol Stansiyasından yola düşəcək. Ermənistana göndərilən taxılın ümumi çəkisi 488 tondur.
Qatarın əvvəlcə “Böyük Kəsik” stansiyasından Gürcüstana keçəcəyi, daha sonra isə Ermənistan istiqamətində hərəkət edəcəyi bildirilir.
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib























