• $
  • €
  • ₽
  • ₺
  • £

Cabbarov: TRIPP layihəsi Orta Dəhlizin səmərəliliyini artıracaq

Cabbarov: TRIPP layihəsi Orta Dəhlizin səmərəliliyini artıracaq
17.06.2026 15:58

Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək və beynəlxalq səviyyədə TRIPP (Transport Route for International Peace and Prosperity - Beynəlxalq Sülh və Rifah Nəqliyyat Marşrutu) adı ilə tanıdılan nəqliyyat layihəsi həm Azərbaycan ixracı, həm də beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

İslam İnkişaf Bankının Bakıda keçirilən illik toplantıları çərçivəsində təşkil olunmuş dialoqda çıxış edən nazir qeyd edib ki, layihə Orta Dəhlizin səmərəliliyini artıracaq və Mərkəzi Asiya, Çin, Türkiyə və Avropa arasında nəqliyyat əlaqələrini gücləndirəcək.

Cabbarovun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə yaradılan iki sənaye zonasından biri məhz nəqliyyat və logistika sahəsinə yönəlib.

Nazir bildirib ki, kənd təsərrüfatı və turizmlə yanaşı, azad edilmiş ərazilərin sənayeləşdirilməsi də əsas prioritetlərdən biridir.

Onun sözlərinə görə, Ağdam Sənaye Parkı fəaliyyətə başlamasından qısa müddət keçməsinə baxmayaraq, rezidentlərin sayına görə artıq ölkədə ikinci yerdədir.

Cabbarov vurğulayıb ki, dövlət investisiyaları ilə özəl sektorun, o cümlədən xarici investorların artan marağının birləşməsi gələcəkdə də dəstəklənəcək inkişaf modelidir.

N.Təbrizli

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol