• $
  • €
  • ₽
  • ₺
  • £

IsDB Özəl Sektor Forumunda sazişlərin dəyəri 4,7 milyard dolları ötə bilər

IsDB Özəl Sektor Forumunda sazişlərin dəyəri 4,7 milyard dolları ötə bilər
17.06.2026 10:22

 İslam İnkişaf Bankı (IsDB) Qrupunun Bakıda keçirilən Özəl Sektor Forumunda ümumi dəyəri 4,7 milyard dollardan çox olan sazişlərin imzalanması gözlənilir. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Forumda çıxış edən nazirin sözlərinə görə, tədbir çərçivəsində 32-dən çox saziş və anlaşma memorandumunun imzalanması nəzərdə tutulur. Bu göstərici əvvəlki forumlarda əldə olunan 3,6 milyard dollarlıq razılaşmaları üstələyir.

Cabbarov bildirib ki, Azərbaycan özəl sektorun inkişafı, ticarətin maliyyələşdirilməsi, infrastruktur, kiçik və orta biznesə dəstək, yaşıl keçid və rəqəmsal transformasiyanı IsDB ilə əməkdaşlığın əsas istiqamətləri hesab edir.

Nazirin sözlərinə görə, iqtisadiyyatın şaxələndirilməsi ölkənin strateji prioritetidir. İstehsal, kənd təsərrüfatı və ərzaq emalı, logistika, bərpa olunan enerji, rəqəmsal texnologiyalar və ixracyönümlü digər qeyri-neft sahələri böyük potensiala malikdir.

O qeyd edib ki, Azərbaycan investorlara vergi və gömrük güzəştləri, investisiyaların qorunması mexanizmləri, güzəştli maliyyələşmə imkanları, həmçinin sənaye parkları və Ələt Azad İqtisadi Zonası kimi hazır investisiya platformaları təqdim edir.

Cabbarov Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa proqramlarını da mühüm investisiya imkanları kimi qiymətləndirib.

Nazirin sözlərinə görə, 2021-2025-ci illərdə Azərbaycanın qeyri-neft iqtisadiyyatı orta hesabla ildə 6% böyüyüb, qeyri-neft sektorunun ÜDM-də payı isə 58%-dən 71%-ə yüksəlib. Qeyri-neft ixracı 2018-ci illə müqayisədə iki dəfədən çox artıb.

Forum çərçivəsində Azərbaycan Biznesin İnkişafı Fondu ilə Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) arasında biznesin maliyyə resurslarına çıxışını genişləndirməyə yönəlmiş çərçivə sazişinin də imzalanması gözlənilir.

N.Təbrizli

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol