• $
  • €
  • ₽
  • ₺
  • £

ADY Bakı-Tbilisi qatarları üzrə bilet satış müddətini 90 günə qədər artırmağı planlaşdırır

ADY Bakı-Tbilisi qatarları üzrə bilet satış müddətini 90 günə qədər artırmağı planlaşdırır
24.06.2026 10:05

“Azərbaycan Dəmir Yolları” (ADY) Bakı-Tbilisi-Bakı marşrutu üzrə biletlərə yüksək tələbat fonunda aktiv satış müddətini hazırkı 30 gündən 90 günədək artırmağı planlaşdırır. Bunu ADY-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.

Onun sözlərinə görə, marşrut üzrə biletlər satışa çıxarıldıqdan qısa müddət sonra tükənir.

“Yaxın günlərdə aktiv bilet satışı dövrünün 30 gündən 90 günə qədər artırılması mexanizmini tətbiq etməyi planlaşdırırıq”, - Fərəcov deyib.

O bildirib ki, iyunun 11-dən etibarən marşrut üzrə qatarlara əlavə vaqonlar qoşulub və satışa əlavə biletlər çıxarılıb.

Fərəcovun sözlərinə görə, mayın 21-dən bəri Bakı-Tbilisi-Bakı istiqaməti üzrə təxminən 20 min bilet satılıb ki, bunun da 5 minə yaxını kassalar vasitəsilə reallaşdırılıb.

ADY turizm şirkətlərinə və ya vasitəçilərə hər hansı kvota ayırmır və bütün biletlər kassalar, rəsmi sayt və mobil tətbiq vasitəsilə vahid sistem üzərindən eyni vaxtda satışa çıxarılır.

Şirkət rəsmisi bildirib ki, eyni şəxs öz adına bir reys üçün iki bilet ala bilməz və hazırda biletlərin kütləvi şəkildə alınaraq sonradan satıldığını təsdiq edən fakt yoxdur.

N.Təbrizli

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol