• $
  • €
  • ₽
  • ₺
  • £

Bank Respublika sahibkarlığın dəstəklənməsi və yaşıl maliyyələşdirmə məqsədilə Finnfund-dan 15 milyon avro cəlb edib

Bank Respublika sahibkarlığın dəstəklənməsi və yaşıl maliyyələşdirmə məqsədilə Finnfund-dan 15 milyon avro cəlb edib
09.07.2026 11:04

Azərbaycanın aparıcı banklarından biri olan, ölkənin real sektorunun inkişafını fəal şəkildə dəstəkləyən Bank Respublika ilə Finlandiyanın İnkişaf və Sənaye Əməkdaşlığı Fondu (Finnfund) arasında kredit sazişi imzalanıb.

 

Sazişin şərtlərinə əsasən, beynəlxalq maliyyə institutu Bank Respublika-ya Azərbaycan manatı (AZN) ekvivalentində 15 milyon avro məbləğində, 3 il müddətinə kredit ayıracaq və vəsaitlərin 30%-i qadın sahibkarların dəstəklənməsinə yönəldiləcək. Qeyd edək ki, bu saziş Finnfund-un tarixində milli valyutada təqdim edilən ilk sintetik kredit əməliyyatı olub.

 

Cəlb olunan vəsait Bank Respublika-nın fəaliyyətinin prioritet istiqamətlərinin dəstəklənməsinə, o cümlədən mikro, kiçik və orta sahibkarlığın inkişafına, yaşıl layihələrin maliyyələşdirilməsinə və qadın sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə yönəldiləcək.

 

Bu sazişin imzalanması Bank Respublika-nın beynəlxalq əməkdaşlığının daha da möhkəmləndirilməsi istiqamətində növbəti mühüm addım olmaqla yanaşı, xarici maliyyə institutlarının həm Azərbaycan bank sektoruna, həm də Bank Respublika-ya göstərdiyi yüksək etimadın təsdiqidir.

 

Finnfund-un Baş İnvestisiya Meneceri Ulla-Maija Rantapuska bildirib: “Bu investisiya iqlim dəyişiklikləri ilə mübarizə, gender bərabərliyi və maliyyə inklüzivliyi kimi üç mühüm istiqaməti bir araya gətirir. Regionda yaşıl kreditləşmə və KOB-ların maliyyələşdirilməsində aparıcı banklardan biri olan Bank Respublika-ya yerli valyutada maliyyə təqdim etməklə, maliyyə əlçatanlığını genişləndiririk. Bununla yanaşı, Azərbaycanın daha dayanıqlı və şaxələndirilmiş iqtisadiyyatının inkişafına töhfə veririk.”

 

Bank Respublika-nın İdarə Heyətinin Sədri Tariyel İsmayılov bildirib: “Finnfund ilə əməkdaşlığın başlanmasını yüksək qiymətləndirir və bu sazişin imzalanmasını beynəlxalq maliyyə institutları ilə əməkdaşlığımızın daha da möhkəmləndirilməsi istiqamətində növbəti mühüm addım kimi dəyərləndiririk. Finlandiyanın aparıcı inkişaf maliyyə institutlarından birinin göstərdiyi etimad Bank Respublika-nın dayanıqlılığının, biznes modelimizin effektivliyinin və məsuliyyətli maliyyələşdirmə prinsiplərinə sadiqliyimizin təsdiqidir. Cəlb olunan vəsait sahibkarların və Azərbaycanın iqtisadiyyatının dayanıqlı inkişafına töhfə verən layihələrin dəstəklənməsi imkanlarımızı daha da genişləndirəcək.”


 

? Daha ətraflı məlumat üçün:
? Veb sayt: www.bankrespublika.az
? Sosial şəbəkələr:  ? Facebook | ? Instagram | ? LinkedIn      | ? Telegram
? Çağrı Mərkəzi: 144 

 

 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol