• $
  • €
  • ₽
  • ₺
  • £

Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib

Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib
22.07.2026 15:27

Qafqazın ilk tam inteqrasiya olunmuş bankçılıq, ödəniş və elektron ticarət ekosistemi olan Bir, “CNBC” və “Statista” tərəfindən tərtib edilən “Dünyanın aparıcı fintex şirkətləri” (“The World’s Top Fintech Companies”) reytinqində neobankinq kateqoriyası üzrə dünyanın ən yaxşı fintexləri sırasında yer alıb. Bir bu nüfuzlu siyahıya daxil edilən Azərbaycanın və bütövlükdə Cənubi Qafqaz regionunun ilk və yeganə şirkətidir.

 

“CNBC” və “Statista” tərəfindən hazırlanan "The World’s Top Fintech Companies" siyahısı fintex sənayesinin ən nüfuzlu qlobal göstəricilərindən biri hesab olunur. Siyahı gəlirlilik, mənfəətlilik və digər maliyyə göstəriciləri, müştəri sayı, kredit və depozit portfellərinin artımı, əməliyyat həcmi, bazar payı və əməkdaş sayı kimi əsas performans göstəricilərinin (KPI) hərtərəfli təhlili əsasında tərtib edilir. 

 

Bir ekosisteminin beynəlxalq reytinq siyahısında tanınması onun miqyasını, davamlı inkişafını və regionda texnoloji lider kimi mövqeyini, eləcə də Azərbaycanın rəqəmsal transformasiyasında oynadığı mühüm rolu bir daha vurğulayır.

Bir ekosisteminin rəhbəri Fərid Hüseynov bildirib: “Bir olaraq məqsədimiz Azərbaycanda milyonlarla insanın gündəlik həyatını daha rahat, sürətli və rəqəmsal etməkdir. Alış-verişdən ictimai nəqliyyat ödənişlərinə, pul köçürmələrindən digər maliyyə xidmətlərinə qədər gündəlik ehtiyacları vahid ekosistemdə bir araya gətirərək insanların rəqəmsal həllərdən istifadəsini daha əlçatan edir və yeni vərdişlərin formalaşmasına töhfə veririk. “CNBC” və “Statista” tərəfindən dünyanın Nubank, Revolut və Monzo kimi aparıcı fintex şirkətləri sırasında tanınmaqdan məmnunuq. Azərbaycan və Cənubi Qafqaz regionundan bu nüfuzlu siyahıya daxil edilən ilk və yeganə şirkət olmaq həm Bir ekosisteminin əldə etdiyi nəticələrin, həm də ölkəmizin fintex sektorunun qlobal səviyyədə artan rəqabət qabiliyyətinin göstəricisidir. Gələcəkdə də Bir ekosistemini inkişaf etdirməyə və Azərbaycan iqtisadiyyatının rəqəmsallaşmasına xidmət etməyə davam edəcəyik.”

Bir ekosistemi innovativ məhsul və xidmətlərini genişləndirərək ölkə üzrə daha çox istifadəçiyə çatdırmağa davam edir. Son aylarda ekosistem “Paysend” ilə tərəfdaşlıq çərçivəsində Azərbaycandan dünyanın 140-dan çox ölkəsinə beynəlxalq pul köçürmələrini istifadəyə verib, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş İçərişəhərin rəqəmsallaşdırılması layihəsinə başlayıb. Bununla yanaşı, ölkədə ilk dəfə olaraq Birbank tətbiqinə işarət dili funksiyası inteqrasiya edilərək eşitmə və nitq məhdudiyyətli şəxslər üçün maliyyə xidmətlərinə çıxış imkanları daha da genişləndirilib.

 

Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və BakıKartla qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir, Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.

 

Daha ətraflı: bir.az 

 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol