• $
  • €
  • ₽
  • ₺
  • £

Yelo Bank Aİ üzvlərinin yekdil qərarı ilə 23 iyul tarixində sanksiya siyahısından çıxarıldı

Yelo Bank Aİ üzvlərinin yekdil qərarı ilə 23 iyul tarixində sanksiya siyahısından çıxarıldı
24.07.2026 11:29

Yelo Bank Avropa İttifaqının sanksiya siyahısından rəsmi qaydada çıxarılıb. Avropa Komissiyasının Bank ilə bağlı sanksiya məsələsinə yenidən baxılma proseduru qısa müddət ərzində uğurla başa çatıb. 100% yerli kapitala malik Azərbaycan bankı olaraq, Yelo Bank fəaliyyətini hər zaman ölkə qanunvericiliyinə və beynəlxalq standartlara tam uyğun şəkildə qurub və bundan sonra da beynəlxalq tələblərə uyğun olaraq iş proseslərini davamlı təkmilləşdirməyə davam edəcək.

 

Bu müddət ərzində göstərdikləri etimad və loyallığa görə Yelo Bank həmçinin bütün müştərilərinə və tərəfdaşlarına səmimi təşəkkürünü bildirir. Müştərilərin etimadı və dəstəyi bu prosesin uğurla başa çatmasında ən böyük motivasiya mənbəyi olub. Qeyd edək ki, bu dövrdə mövcud müştərilərin sadiqliyi qorunub, eyni zamanda Bankın müştəri sayında əhəmiyyətli artım qeydə alınıb. Yelo Bank yüksək likvidlik və güclü kapital mövqeyini qoruyaraq bütün öhdəliklərini fasiləsiz və vaxtında yerinə yetirib.

 

Hazırda bəzi bank xidmətlərində yaranmış məhdudiyyətlərin tam bərpası istiqamətində işlər görülür. Bütün yeniliklər barədə müştərilər Bankın rəsmi kommunikasiya kanalları vasitəsilə operativ şəkildə məlumatlandırılacaq.

 

Yelo Bank "parlaq bankçılıq" fəlsəfəsinə sadiq qalaraq, müştərilərinə innovativ və sürətli xidmətlər təqdim etməyə, beynəlxalq əməkdaşlığını daha da genişləndirməyə və Azərbaycanın maliyyə ekosisteminin dayanıqlı inkişafına töhfə verməyə davam edəcək.

 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol