Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 6,37 ABŞ dolları və ya 5,84 % azalaraq 102,73 ABŞ dolları təşkil edib.Bu barədə neft bazarındakı mənbə məlumat verib.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.