• $
  • €
  • ₽
  • ₺
  • £

Zəngəzur dəhlizinin Ermənistan hissəsində tikintiyə 2026-cı ildə başlanması gözlənilir

Zəngəzur dəhlizinin Ermənistan hissəsində tikintiyə 2026-cı ildə başlanması gözlənilir
04.08.2026 13:46

Bakı və İrəvan arasında davam edən normallaşma prosesi çərçivəsində Zəngəzur nəqliyyat dəhlizinin Ermənistan ərazisindən keçən 42 kilometrlik hissəsində fiziki tikinti işlərinə 2026-cı ildə start veriləcəyi gözlənilir. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib.

Nazir jurnalistlərə açıqlamasında ABŞ-ın vasitəçiliyi ilə Vaşinqton sülh görüşündə irəli sürülən layihə çərçivəsində hazırlıq işlərinin yekunlaşmaq üzrə olduğunu qeyd edib.

"Gözləntimiz ondan ibarətdir ki, bəyannamə tamamlansın və 2026-cı ildə artıq 42 kilometrlik hissədə fiziki işlərə start verilsin. Azərbaycan dövləti öz üzərinə düşən öhdəlikləri çox sürətlə icra edir," — Bayramov vurğulayıb.

Bayramovun sözlərinə görə, Azərbaycanın əsas ərazisini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək dəmir və avtomobil yolu infrastrukturunun çəkilişi sürətlə davam edir. Azərbaycan tərəfi öz ərazisindəki işləri 2027-ci ilin əvvəlinə qədər Ermənistan sərhədinə çatdırmağı planlaşdırır. Paralel olaraq, Naxçıvan ərazisində sovet dövründən qalan təxminən 180 kilometrlik dəmir yolu xəttinin modernləşdirilməsi və Türkiyənin Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi ümumi şəbəkənin mühüm hissəsi kimi bərpa olunur.

Bakı rəsmiləri bu layihələrin tamamlanmasının Orta Dəhliz boyunca Şərq-Qərb ticarətini gücləndirəcəyini bildirir.

Bayramov artıq son bir ildən artıq müddətdə Azərbaycan ərazisindən Ermənistana və əks istiqamətdə 60 min tona yaxın yükün daşındığını, Azərbaycanın Ermənistana təxminən 20 min ton neft məhsulları satdığını və bu iqtisadi əlaqələrin artan xətlə devam edəcəyini əlavə edib.

N..Təbrizli

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol