• $
  • €
  • ₽
  • ₺
  • £

6 ayda ən çox investisiya Mərkəzi Arana yatırılıb - rəsmi

6 ayda ən çox investisiya Mərkəzi Arana yatırılıb - rəsmi
19.08.2026 15:05

Azərbaycanda 2026-cı ilin yanvar-iyununda əsas kapitala 1,41 milyard manat investisiya yönəldilib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə müqayisəli qiymətlərlə 5,9% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsinin sonuncu hesabatında qeyd olunub. 

İnvestisiyaların təxminən 70%-i Bakının payına düşüb.

Hesabat dövründə Bakı şəhərində əsas kapitala 983,1 milyon manat investisiya yatırılıb. Bu, 2025-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 6,8% artım deməkdir. Bakıya yatırılan investisiyalar ölkə üzrə ümumi göstəricinin 69,7%-ni təşkil edib.


Regionlar arasında ən yüksək investisiya Mərkəzi Aran iqtisadi rayonunda qeydə alınıb - 55 milyon manat. Bu, bir il əvvəllə müqayisədə müqayisəli qiymətlərlə 5,1% çoxdur.

Lənkəran-Astara iqtisadi rayonunda investisiyalar 6,3% artaraq 50,4 milyon manata, Gəncə-Daşkəsəndə 4,4% artaraq 47,3 milyon manata, Abşeron-Xızıda 5,9% artaraq 45,7 milyon manata çatıb.


Şəki-Zaqatala iqtisadi rayonunda əsas kapitala 40,5 milyon manat, Quba-Xaçmazda 34,7 milyon manat, Qarabağda 28,9 milyon manat, Naxçıvan iqtisadi rayonunda 28,7 milyon manat investisiya yönəldilib.


Statistikaya görə, Qarabağ iqtisadi rayonunda əsas kapitala investisiyalar 2026-cı ilin ilk yarısında 28,9 milyon manat təşkil edib və müqayisəli qiymətlərlə əvvəlki ilin eyni dövrünə nisbətən 2,9% azalıb.


Bərdə rayonunda investisiyalar 5,7% artaraq 13,65 milyon manata, Ağcabədidə 1,8% artaraq 10,53 milyon manata çatıb.


Füzulidə investisiyalar 38,3% artaraq 124,1 min manat təşkil edib.


Bunun əksinə olaraq, Xankəndi şəhərində investisiyalar 17,4% azalaraq 454,4 min manata, Şuşada isə 54,9% azalaraq 1,48 milyon manata düşüb.


Şərqi Zəngəzur iqtisadi rayonunda əsas kapitala investisiyalar 337,5 min manat olub və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müqayisəli qiymətlərlə 34% azalıb.


Laçın rayonunda investisiyalar 142,8 min manat təşkil edib ki, bu da bir il əvvəllə müqayisədə 72,1% azdır.

Kəlbəcərdə isə 194,7 min manat investisiya qeydə alınıb.

Bərdədə 13,65 milyon manat, Yevlaxda 12,28 milyon manat, Göyçayda 11,05 milyon manat, Qusar rayonunda 10,91 milyon manat, Quba rayonunda isə 10,43 milyon manat əsas kapitala investisiya yatırılıb.

Sumqayıtda investisiyaların həcmi 33,42 milyon manat, Gəncədə isə 30,09 milyon manat olub.

Gülnar Nazimqızı 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol