• $
  • €
  • ₽
  • ₺
  • £

“Yelo bank”ın “Summer Challenge 2026” proqramı uğurla yekunlaşdı - Fotolar

“Yelo bank”ın “Summer Challenge 2026” proqramı uğurla yekunlaşdı - Fotolar
01.09.2026 16:12

“Yelo bank”ın gənc istedadları dəstəkləyən və bankçılıq sahəsində yeni nəsil mütəxəssislər yetişdirən layihəsi “Summer Challenge 2026” yay təcrübə proqramı başa çatdı.

Bu il proqram çərçivəsində seçilmiş 36 dinamik və istedadlı gənc bankın müxtəlif struktur bölmələrində biznes proseslərinə qoşuldu.

Onlar təcrübəli mentorların dəstəyi ilə real layihələrdə yer aldılar, yeni ideyalar təklif etdilər və gündəlik iş mühitini yaxından tanıdılar. Proqram gənclərə liderlik, analitik düşüncə və komanda işi kimi vacib bacarıqlarını inkişaf etdirməyə imkan yaratdı.

Proqramın məzun günündə gənclər üçün “CV hazırlanması”, “Müsahibə bacarıqları” və “Müsahibədə davranış qaydaları” mövzularında xüsusi praktiki təlim təşkil olundu. Təlimin ardınca fərqli komandalara ayrılan gənclər interaktiv oyunda öz bacarıqlarını göstərdilər. Günün sonunda isə hər bir iştirakçıya sertifikatları təqdim edildi.

Sevindirici məqam isə odur ki, öz potensialı və parlaq ideyaları ilə fərqlənən proqram iştirakçıları artıq Yelo komandasının üzvünə çevrilərək karyera yoluna davam edirlər. 

“Yelo bank” gənclərin inkişafına dəstək olmaq üçün yeni imkanlar yaratmağa davam edəcək.

Bank xidmətləri, eləcə də nağd kredit ilə bağlı əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

“Yelo bank”– Parlaq bankçılıq!

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol