• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Zəngəzur dəhlizi ilə Türkiyəyə enerji körpüsü qurur — Nazir

Azərbaycan Zəngəzur dəhlizi ilə Türkiyəyə enerji körpüsü qurur — Nazir
11.09.2026 13:01

Cənubi Qafqaz ölkəsi Avropaya "yaşıl enerji" ixracı layihələrini sürətləndirdiyi bir vaxtda, Azərbaycan Zəngəzur dəhlizi vasitəsilə Mərkəzi Asiyanı Türkiyə ilə birləşdirən regional enerji körpüsü inşa etməyi planlaşdırır. Bu barədə energetika naziri Pərviz Şahbazov cümə günü bildirib.

Bakıda keçirilən Azərbaycan-Türkiyə V Enerji Forumunda çıxış edən Şahbazov qeyd edib ki, nəzərdə tutulan elektrik verilişi xətti Xəzər dənizinin hər iki sahilində yerləşən türk dövlətlərinin elektrik şəbəkələrini sinxronlaşdırmaq üçün layihələndirilib.

Nazirin sözlərinə görə, Bakı həmçinin Gürcüstan və Türkiyə üzərindən Bolqarıstana uzanan quru "yaşıl enerji" dəhlizi üzrə işləri irəlilədir; layihənin texniki-iqtisadi əsaslandırılması və birgə müəssisənin təsis olunması istiqamətində addımlar artıq atılıb. O əlavə edib ki, Türkiyə 2030–2032-ci illərdə mərhələli şəkildə istismara verilməsi planlaşdırılan Qara dənizin dibi ilə sualtı kabel layihəsinə qoşulmağı nəzərdən keçirməlidir.

"Elektrik enerjisi sahəsində regional əməkdaşlıq əsas prioritetdir və bu dəhlizlər yalnız elektrik ixracı üçün deyil, marşrutların şaxələndirilməsi və ötürücü sistemlərin inteqrasiyası baxımından strateji əhəmiyyət kəsb edir", — deyə Şahbazov vurğulayıb.

Boru kəmərləri şəbəkəsi vasitəsilə Avropaya neft və təbii qazın mühüm təchizatçısı olan Azərbaycan nəzarətini bərpa etdiyi ərazilərdə bərpaolunan enerji mənbələrinə böyük həcmdə sərmayə yatırır.

Şahbazov türk şirkətlərinin yerli bərpaolunan enerji sektorunda fəaliyyətini genişləndirdiyini bildirib. Kəlbəcər və Laçında inşası davam edən dörd kiçik su elektrik stansiyasının ilin sonunadək istismara verilməsi planlaşdırılır.

Bundan əlavə, Türkiyənin "Baltech" şirkəti Kəlbəcərdə 240 meqavatlıq (MVt) külək enerjisi layihəsi üzrə ərazidə ölçmə-qiymətləndirmə işləri aparır, türk investorları isə Naxçıvan anklavında nəzərdə tutulan 1 000 MVt gücündə günəş enerjisi layihəsində iştirak imkanlarını araşdırırlar.

Şahbazov həmçinin hər iki ölkəni süni intellekt və rəqəmsal şəbəkə idarəçiliyini ikitərəfli enerji gündəliyinə daxil etməyə çağırıb və Türkiyənin BMT-nin COP31 iqlim sammitinə ev sahibliyi etməyə hazırlaşdığı bir dövrdə Bakının Ankaraya institusional dəstəyini təsdiqləyib.

 

N.Təbrizli

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol