• $
  • €
  • ₽
  • ₺
  • £

Ələt Azad İqtisadi Zonasındakı yük hava limanının gücü 2 milyon tona çatdırılacaq

Ələt Azad İqtisadi Zonasındakı yük hava limanının gücü 2 milyon tona çatdırılacaq
06.10.2026 10:27

Ələt Azad İqtisadi Zonasında (ƏAİZ) yaradılan yük hava limanının ilkin mərhələdə illik yükötürmə qabiliyyəti 500,000 ton təşkil edəcək və sonrakı mərhələlərdə bu göstəricinin tədricən ən azı 2 milyon tona çatdırılması planlaşdırılır, zonanın İdarə Heyətinin sədri Valeh Ələsgərov bildirib.

Ələsgərovun sözlərinə görə, hava limanının ƏAİZ ərazisində yerləşməsi gömrük rəsmiləşdirilməsi və tranzit logistika ilə bağlı prosedurları sadələşdirəcək, hava, dəniz və dəmir yolu yükdaşımalarının inteqrasiyasına imkan verəcək.

O bildirib ki, hava limanı xüsusilə yüksək texnologiyalar, əczaçılıq və yüksək dəqiqlikli elektronika sahələrində fəaliyyət göstərən şirkətlərə komponentləri idxal etməyə, onları vergi və gömrük rüsumlarından azad zonada emal etməyə və hazır məhsulları qısa müddətdə ixrac etməyə imkan verəcək.

Ələsgərov həmçinin bildirib ki, investorların gözləniləndən daha yüksək tələbatı səbəbindən ƏAİZ əlavə 138 hektar ərazidə infrastruktur və kommunal xidmətlərin yaradılmasına ilkin plandan 18 ay əvvəl başlayıb.

Onun sözlərinə görə, həmin 138 hektarlıq sənaye ərazisi artıq investorların istifadəsi üçün hazırdır.

Eyni səbəbdən ağır sənaye üçün nəzərdə tutulan əlavə 264 hektar ərazinin baş planı və detallı layihələndirilməsi də nəzərdə tutulan vaxtdan iki il əvvəl yekunlaşdırılıb.

ƏAİZ 60 hektarlıq birinci mərhələnin infrastrukturunun tikintisi başa çatdıqdan sonra 2023-cü ilin ortalarında investorlar üçün fəaliyyətə başlayıb.
 

N.Təbrizli

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol