• $
  • €
  • ₽
  • ₺
  • £

AİB Biləcəri–Yalama dəmir yolunun modernləşdirilməsinə $350 mln ayırmağı planlaşdırır

AİB Biləcəri–Yalama dəmir yolunun modernləşdirilməsinə $350 mln ayırmağı planlaşdırır
06.10.2026 14:09

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda 192 kilometrlik ikixətli Biləcəri–Yalama dəmir yolu xəttinin modernləşdirilməsinə $350 milyon kredit ayırmağı planlaşdırır, AİB-in ölkə direktoru Sunniya Durrani-Camal bildirib.

Vəsait dəmir yolu xəttində müasir elektrikləşdirmə, siqnalizasiya və telekommunikasiya sistemlərinin quraşdırılmasına yönəldiləcək. Biləcəri–Yalama xətti Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) nəqliyyat şəbəkəsinin əsas hissələrindən biridir.

Layihə xəttin elektrik təchizatının sabit cərəyandan dəyişən cərəyana keçirilməsini nəzərdə tutur. Modernləşdirmənin qatarların hərəkət sürətini və təhlükəsizliyini artıracağı, enerji istehlakı və texniki xidmət xərclərini, həmçinin istixana qazı emissiyalarını azaldacağı gözlənilir.

Layihə, həmçinin “Azərbaycan Dəmir Yolları” QSC-nin layihələrin idarə edilməsi sahəsində potensialının gücləndirilməsini nəzərdə tutur.

AİB bundan əvvəl Azərbaycanın dəmir yolu sektorunun inkişafı proqramı çərçivəsində 166 kilometrlik Sumqayıt–Yalama dəmir yolu hissəsinin modernləşdirilməsi və yenidən qurulmasını maliyyələşdirib.
 

Aytac Zeynalova

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol