• $
  • €
  • ₽
  • ₺
  • £

Orta Dəhlizin cənub istiqamətindəki problemli hissələri oktyabrda araşdırılacaq — ADY

Orta Dəhlizin cənub istiqamətindəki problemli hissələri oktyabrda araşdırılacaq — ADY
06.10.2026 15:00

 Orta Dəhlizin cənub istiqamətində yükdaşımaları məhdudlaşdıran maneələri müəyyənləşdirmək və marşrutun inkişafı üçün tədbirlər hazırlamaq məqsədilə oktyabrda qiymətləndirməyə başlanılacaq. Bunu “Azərbaycan Dəmir Yolları”nın (ADY) rəhbərinin müavini Emil Məmmədov bildirib.

Onun sözlərinə görə, qiymətləndirmə ADY-nin təşəbbüsü ilə bu yaxınlarda yaradılmış “Avrasiya Nəqliyyat Marşrutu” assosiasiyası çərçivəsində aparılacaq. Bu istiqamət Qırğızıstan, Özbəkistan və Türkmənistanı Xəzər dənizi vasitəsilə Azərbaycan və Gürcüstanla birləşdirir.

“Bu ay, oktyabrda, həmin marşrut üzrə araşdırmaya başlayırıq. Bu, bizə mövcud maneələri müəyyən etməyə imkan verəcək”, — Məmmədov bildirib.

Qiymətləndirmənin nəticələri marşrutun inkişafı üçün hansı addımların atılmalı və təşəbbüslərin həyata keçirilməli olduğunu göstərəcək. Məmmədov araşdırmanın başa çatacağı vaxtı və tələb olunan maliyyələşmənin həcmini açıqlamayıb.

ADY həmçinin yüklərin Orta Dəhliz ölkələrindən keçidini sürətləndirmək üçün sərhədkeçmə prosedurlarının təkmilləşdirilməsi və daşıma sənədlərinin vahidləşdirilməsi üzərində işləyir.

Məmmədovun sözlərinə görə, daha böyük yük həcmlərinin qəbuluna hazırlıq dəmir yollarının elektrikləşdirilməsi və yeni stansiyaların tikintisi ilə yanaşı, daşımalarda iştirak edən tərəflər arasında koordinasiyanın gücləndirilməsini tələb edir.

O bildirib ki, Ələt limanının dəmir yolu administrasiyasının idarəçiliyinə verilməsi Qafqaz regionunun əsas nəqliyyat giriş nöqtələrindən birində əməliyyat səmərəliliyini artırmağa imkan yaradır.

Məmmədov birgə müəssisələrin daşımaların əlaqələndirilməsində və şəffaflığının artırılmasında rolunu da vurğulayıb. Onun sözlərinə görə, bu əməkdaşlıq modeli yük sahiblərinə yüklərinin harada olduğunu və daşınmanın hansı mərhələsində olduğunu izləməyə kömək edir.
 

N.Təbrizli

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol