• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı Limanında dibdərinləşdirmə işlərinə 2027-ci ilin əvvəlində başlanılacaq

Bakı Limanında dibdərinləşdirmə işlərinə 2027-ci ilin əvvəlində başlanılacaq
06.10.2026 15:54

Bakı Limanı 2027-ci ilin birinci rübündə dibdərinləşdirmə işlərinə başlamağı, ilin ikinci yarısında isə illik konteyner aşırma gücünü 260 min TEU-ya çatdırmaq üçün genişləndirmə işlərini tamamlamağı planlaşdırır. Bunu limanın müşaviri Xudayar Həsənli Anews.az -a bildirib.

Onun sözlərinə görə, layihə dərinliyin 8 metrdən 8,8 metrə çatdırılmasını nəzərdə tutur. Liman tender elan edib və nəticələrin bu ilin sonunadək məlum olacağı gözlənilir.

“Gələn il birinci rübdən dərinləşdirməyə başlayırıq”, — Həsənli müsahibəsində deyib.

O, işlərə xarici şirkətin cəlb olunacağını bildirib, lakin tender başa çatmamış potensial podratçıların adlarını açıqlamayıb.

Dibdərinləşdirmə limanın illik konteyner aşırma gücünün hazırkı 150 min TEU-dan 260 min TEU-ya yüksəldilməsi üçün görülən tədbirlərin bir hissəsidir. TEU bir 20 futluq konteynerə ekvivalent ölçü vahididir.

Genişləndirmə çərçivəsində konteynerlərin aşırılması üçün körpünün yenidən qurulması və bərkidilməsi, limandaxili əlavə dəmir yolu xətlərinin və konteyner meydançasının yaradılması, yeni avadanlıqların alınması nəzərdə tutulur. Həsənlinin sözlərinə görə, bir yeni kran artıq alınıb, daha biri sifariş edilib.

İşlər kompleksinin 2027-ci ilin ikinci yarısında tamamlanması gözlənilir.

Həsənli qeyd edib ki, Orta Dəhlizdə infrastrukturun inkişafı konteyner axınının artımı ilə ayaqlaşmır. Onun sözlərinə görə, ayrı-ayrı hissələrdəki məhdudiyyətlər bütün nəqliyyat zəncirinə təsir etdiyindən marşrut ölkələri güclərin genişləndirilməsini əlaqələndirməlidir.

Paralel olaraq, Bakı Limanının ümumi illik yük aşırma gücünü 25 milyon tona, o cümlədən konteyner gücünü 500 min TEU-ya çatdıracaq ikinci inkişaf mərhələsinə hazırlıq aparılır. Həsənlinin sözlərinə görə, nazirlik bazar araşdırması və baş plan üzərində işləyir, növbəti açıqlamalar gələn il gözlənilir.
 

N.Təbrizli

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol