• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda nağdsız ödənişlərin payı 70%-ə yaxınlaşıb

Azərbaycanda nağdsız ödənişlərin payı 70%-ə yaxınlaşıb
13.10.2026 11:22

2025-ci ildə Azərbaycanda nağdsız ödənişlərin həcmi 26% artaraq 99,1 milyard manata çatıb. Bunu Azərbaycan Fintex Assosiasiyasının (AzFina) İdarə Heyətinin sədri Edqar Abdullayev Bakıda keçirilən Türk dövlətlərinin fintex forumunda bildirib.

Onun sözlərinə görə, 2025-ci ildə ölkədaxili kart əməliyyatlarında nağdsız dövriyyənin payı 68%-ə yaxınlaşıb.

“2026-cı ilin avqustun sonuna dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyona yaxınlaşıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,7% artıb. Eyni zamanda, kart əməliyyatlarında nağdsız ödənişlərin payı 69,8%-ə çatıb”, – Edqar Abdullayev qeyd edib.

O bildirib ki, 2025-ci ilin sonunda Azərbaycanda 17 elektron pul təşkilatı, 9 ödəniş təşkilatı və 2 ödəniş sistemi operatoru fəaliyyət göstərib.

“2026-cı ildə isə iki ödəniş təşkilatı lisenziyasını elektron pul təşkilatı lisenziyasına dəyişərək daha geniş çeşiddə maliyyə texnologiyaları xidmətləri göstərməyə başlayıb”, – o vurğulayıb.

Edqar Abdullayevin sözlərinə görə, bu göstəricilər fintex sektorunun artıq bank sektoruna alternativ deyil, maliyyə sisteminin ayrıca institusional iştirakçısına çevrildiyini göstərir.

Assosiasiya sədri əlavə edib ki, Türk dövlətləri arasında ödəniş xidmətləri, elektron pul, bankçılıq və maliyyə texnologiyaları sahəsində əməkdaşlığın genişləndirilməsi regional inteqrasiya baxımından mühüm əhəmiyyət daşıyır.

 

Aytac ZeynalovaMüəllifAytac ZeynalovaBütün xəbərləri
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol