• $
  • €
  • ₽
  • ₺
  • £

Jorayev Azərbaycanda tərəfdaşlıq maliyyəsinin tənzimlənməsini gücləndirməyə çağırıb

Jorayev Azərbaycanda tərəfdaşlıq maliyyəsinin tənzimlənməsini gücləndirməyə çağırıb
28.10.2026 11:59

Azərbaycan real sektorun, kiçik və orta biznesin, aqrobiznesin və yaşıl iqtisadiyyatın maliyyələşdirilməsi üçün tərəfdaşlıq maliyyəsi üzrə tənzimləmə bazasını gücləndirməlidir. Bunu Şəriətə nəzarət şuralarının sədri, islam maliyyəsi üzrə ekspert və auditor Abduraşid Ustaz Jorayev bildirib.


Onun sözlərinə görə, ənənəvi maliyyələşmədə münasibətlər əsasən kreditor və borcalan arasında qurulur, lakin bizneslərin və müştərilərin dəyişən ehtiyacları daha çevik maliyyə modelləri tələb edir. Jorayev həssas əhali qruplarının dəstəklənməsinin mikromaliyyənin əsas məqsədlərindən biri olaraq qalmalı olduğunu vurğulayıb.


Jorayev tərəfdaşlıq maliyyəsinin real aktivlərə, istehsala və infrastruktura bağlanmasının investorlar üçün cəlbedici ola biləcəyini deyib. O, Fars körfəzi ölkələrindəki fondları və Cənub-Şərqi Asiyanın maliyyə ekosistemlərini nümunə göstərərək, Azərbaycanda da bu kapitalı cəlb etmək üçün qəti addımların vacib olduğunu bildirib. Ekspertin təqdimatına görə, aktivlərə əsaslanan alternativ tərəfdaşlıq maliyyəsi bazarı 6 trilyon dolları ötür və ildə 15–20 faizdən çox artır.


Region ölkələrində hüquqi çərçivələrin genişləndiyini deyən Jorayev Özbəkistanın islam maliyyəsi və bankçılığını tətbiq etməyə yönəlmiş qanunvericilik dəyişikliklərini dəstəkləyən qanun qəbul etdiyini qeyd edib. 


Jorayev sukuk emissiyalarında qeyri-konfessional investorların da iştirak etdiyini deyərək, tərəfdaşlıq maliyyəsinin yalnız dini prinsiplərə uyğun maliyyə axtaran investorlarla məhdudlaşmadığını bildirib. Onun sözlərinə görə, bu alətlər infrastruktur və istehsal layihələrinə kapital cəlb etmək üçün də istifadə oluna bilər.

Gülnar Nazimqızı

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın İtaliya ilə ticarət dövriyyəsi 12 milyard dollara yaxınlaşıb
İqtisadiyyat 10:14
Azərbaycanın İtaliya ilə ticarət dövriyyəsi 12 milyard dollara yaxınlaşıb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:41
Avro və rubl bahalaşıb - məzənnə
SOCAR Trading Vyetnama neft məhsulları tədarük edəcək
İqtisadiyyat 08:39
SOCAR Trading Vyetnama neft məhsulları tədarük edəcək
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol