“Bitcoin”in qiyməti yenidən 80 min dolları ötüb

“CoinMarketCap” platformasının məlumatına əsasən, “Bitcoin”in qiyməti son sutkada 4,72% artaraq 80 374,24 ABŞ dollarına yüksəlib. Bununla belə, kriptovalyutanın qiyməti son 30 gündə 6,10% azalıb.
“Ethereum” 6,89% bahalaşaraq 2 418,61 dollara, BNB 3,55% artaraq 713,49 dollara çatıb. “Zcash” 8,95% bahalaşaraq 1 314,20 dollara, “Monero” isə 1,64% yüksələrək 638,71 dollara çatıb.
Digər kriptovalyutalardan “Bitcoin Cash” 4,43% bahalaşaraq 281,75 dollara, “Bittensor” 5,14% artaraq 234,86 dollara çatıb. “Quant” isə 8,35% bahalaşaraq 206,83 dollara yüksəlib.
























