• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR Trading Vyetnama neft məhsulları tədarük edəcək

SOCAR Trading Vyetnama neft məhsulları tədarük edəcək
23.11.2026 08:39

Azərbaycan və Vyetnam SOCAR Trading vasitəsilə Vyetnama neft məhsullarının tədarükünün təşkili barədə razılığa gəlib. Razılıq Azərbaycan Prezidenti İlham Əliyev və Vyetnamın Baş naziri Le Min Hınq arasında noyabrın 20-də Hanoyda keçirilən danışıqlarda əldə olunub.

Tədarükün həcmi və marşrutları ekspertlər səviyyəsində razılaşdırılacaq. Hansı neft məhsullarının göndəriləcəyi və tədarükün başlanma vaxtı hələ açıqlanmır.

SOCAR Trading həmçinin üçüncü ölkələrdən Vyetnama mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü üzrə danışıqlar aparır. Potensial həcmlər və tədarük şərtləri barədə məlumat verilmir.

Yeni istiqamətlər indiyədək əsasən xam neft tədarükünü əhatə edən enerji əməkdaşlığını genişləndirəcək. Vyetnamın Dung Quat neft emalı zavodu 2010–2024-cü illərdə SOCAR Trading Singapore vasitəsilə 35 partiya Azeri Light nefti alıb. Tədarükün ümumi həcmi təxminən 31,7 milyon barel, dəyəri isə 2,55 milyard dollar olub.

Dung Quat zavodunun modernləşdirilməsinin 2028-ci ildə başa çatdırılması planlaşdırılır. Bu, müəssisəyə daha çox çeşiddə xam neft emal etməyə imkan verəcək.

N.TəbrizliMüəllifN.TəbrizliBütün xəbərləri
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan İtaliya ilə dağ-mədən layihələrini genişləndirməyi planlaşdırır
İqtisadiyyat 10:47
Azərbaycan İtaliya ilə dağ-mədən layihələrini genişləndirməyi planlaşdırır
Ələt hava limanı 2027-ci ildə istifadəyə veriləcək
İqtisadiyyat 10:39
Ələt hava limanı 2027-ci ildə istifadəyə veriləcək
ABİF-in idarəçiliyində 1 milyard dollara yaxın aktiv var- Ülvi Mansurov
İqtisadiyyat 10:24
ABİF-in idarəçiliyində 1 milyard dollara yaxın aktiv var- Ülvi Mansurov
Azərbaycan İtaliya ilə nəqliyyat və investisiya əməkdaşlığını genişləndirir
İqtisadiyyat 10:18
Azərbaycan İtaliya ilə nəqliyyat və investisiya əməkdaşlığını genişləndirir
Azərbaycanın İtaliya ilə ticarət dövriyyəsi 12 milyard dollara yaxınlaşıb
İqtisadiyyat 10:14
Azərbaycanın İtaliya ilə ticarət dövriyyəsi 12 milyard dollara yaxınlaşıb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:41
Avro və rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol