• $
  • €
  • ₽
  • ₺
  • £

​Azərbaycandan Rusiyaya ixrac kəskin azalıb

​Azərbaycandan Rusiyaya ixrac kəskin azalıb
24.06.2015 18:10
 Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsi illik müqayisədə 9,51% azalaraq 2015-ci ilin yanvar-may ayları ərzində 1 053,8 mln. dollara düşüb.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu müddətdə ixrac 44,88% azalaraq 171,0 mln. dollar, idxal isə əksinə 3,34% artaraq 882,8 mln. dollar təşkil edib. Hesabata əsasən, MDB ölkələrinin ümumi ixracda xüsusi çəkisi 3,24%, idxalda isə 21,7% olub.

MDB ölkələrinə ixracın 81,1%-i Rusiyanın payına düşür. Son bir ildə bu ölkəyə ixrac illik 42,86% azalaraq ilk beş ayda 138,6 mln. dollara enib, idxal isə əksinə, 28,9% artaraq 660,8 mln. dollara yüksəlib. Ölkə üzrə məcmu ixracın 2,62%-i, idxalın isə 16,24%-i Rusiya ilə aparılan ticarət əməliyyatlarının payına düşüb.

Qeyd edək ki, 2015-ci ilin yanvar-may ayları ərzində Azərbaycan 133 ölkə ilə 9 350 mln. dollar həcmində ticarət əməliyyatı həyata keçirib. Ticarət dövriyyəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə 28,01% azalma müşahidə edilib. İdxal illik 15,91% artaraq 4 067,8 mln. dollar, ixrac 44,28% azalaraq 5 282,2 mln. dollar təşkil edib.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol