• $
  • €
  • ₽
  • ₺
  • £

İkimərtəbəli Bakı-Sumqayıt qatarı: Bu necə olacaq?

İkimərtəbəli Bakı-Sumqayıt qatarı: Bu necə olacaq?
27.07.2015 16:08
Bakı-Xırdalan-Sumqayıt istiqaməti üzrə bu ilin sentyabrın 15-də xəttə buraxılması planlaşdırılan İsveçrənin "Stadler Rail Group” şirkətindən alınan ikimərtəbəli qatarlar platformada hazır vəziyyətdədir. 

Oxu.Az-ın əməkdaşları qatarların vəziyyəti iə tanış olmaq üçün platformaya yollanıb. 

Əməkdaşlarımıza qatarlar barəsində informasiyaları ikimərtəbəli qatarların maşinist-təlimatçısı Fikrət Kərimov məlumat verib. 

F.Kərimovun sözlərinə görə, yeni qatarda ən müasir sistem mövcuddur:


"Burda bütün idarəetmə sistemi kompüter vasitəsilə idarə olunur. Elektron prosessorlar burda verilən komandaları demək olar ki, səhvsiz yerinə yetirirlər”.

Maşinist-təlimatçının sözlərinə görə, sərnişinlər burda özünü komfortda hiss edəcək:

"Bu qatarlar 160 km/surətlə hərəkət edir. Sərnişinlər özlərini yol boyu komfortda hiss edəcəklər. Belə ki, qatar kondisoner və Wİ-Fİ sistemi ilə təchiz edilib, oturacaqlar yumşaq və rahatdır”.

Təlimatçı əməkdaşlarımıza vaqonların sərnişin tutumu barəsində də məlumat verib:

"Birinci vaqon biznes-klass olmaqla, 88 nəfər sərnişin tutumuna malikdir. Bundan sonra iki orta vaqon 94 nəfər, digər vaqon isə 120 nəfər sərnişin tutur”.

Təlimatçı biznes-klass salonunda oturacaqların iki nəfərlik olduğunu və hər oturacaqda 220 voltluq cərəyanın olduğunu qeyd edib. 

"Həm birinci, həm də ikinci mərtəbədə biznes-klass salonunun oturacaqları iki nəfərlikdir” - deyə, o qeyd edib. 

Təlimatçı ilə söhbətimiz zamanı aydın oldu ki, yeni qatarların təhlükəsizlik sistemi də sərnişinlərin həyatlarının bir növ sığortasına təminat verir. 

"Bu qatarda bütün təhlükəsizlik tədbirləri nəzərdə tutulub. Məsələn, əgər hansısa səbəbdən sərnişin qatarı saxlamaq istəyirsə, sol tərəfdə qırmızı rəngdə stop kranlar quraşdırılıb. Sərnişinlər istənilən vaxt qatarı saxlaya bilər. Onu da qeyd edim ki, əgər stop kranlar sərnişinlər tərəfindən qırıldıqda bu halda, maşinist 10 saniyə ərzində display vasitəsilə təhlükə barəsində məlumat almış olur. Burda həmçinin yanğınsöndürənlərin sayı da çoxdur”.

Kərimov ikimərtəbəli qatarları idarə etməyin köhnələrdən asan olduğunu da əlavə edib. 

"Əvvəllər sərnişinlər stop kranları hardasa axtarmalı idi, amma indi konkret yerlərdə belə sistemlər quraşdırılıb. Maşinistlə hər vaqonda sərnişinlərin əlaqə qurması üçün xüsusi cihazlar var. Köhnə qatarlarda bu sistemlər çox zəif idi”.

Qatara baxış zamanı diqqətimizi çəkən kameralar oldu.

Kərimov bildirib ki, bu kameralar sərnişinlərin hər bir hərəkətini, eləcə də maşinistin qatarı necə idarə etməsini belə lentə alır. Kameralara xüsusi servis briqadası nəzarət edir. 

Gələcəkdə bu qatarlar avto-pilot sistemi (yəni, qatar özü hərəkət edəcək, platformalar arasında dayanacaq, maşinist isə sadəcə qatara nəzarət edəcək) ilə idarə olunacaq. 

Fikrət Kərimov qeyd edib ki, həmin sistem bu qatarlarda da var, ancaq hələ ki tətbiq olunmur.

"Yaxın gələcəkdə tətbiq olunması nəzərdə tutulub”.

Onu da əlavə edək ki, vaqonlararası xüsusi qapılarla təchiz olunub. Buna səbəb isə vaqonların içində olan soyuqluğun çölə çıxmağının qarşısını almaqdır.

Sərnişinlər çölə çıxmaq və yaxud qatara daxil olmaq istədikdə, xüsusi düyməni basmalıdır. Bu halda qapılar avtomatik açılır və bağlanır.

Bundan əlavə, qatarda fiziki qüsurlu şəxslərin rahatlığının təmin olunması üçün də xüsusi sistemlər quraşdırılıb. Bu, onların pilləkənlə düşmələrinə kömək olacaq. Fiziki qüsurlu şəxslərə isə hər vaqonda təyin olunmuş iki bələdçi nəzarət edəcək, həm də kömək olacaq. 

Sərnişinlər bədbəxt hadisə baş verdiyi təqdirdə, çölə çıxmaq istəsələr, bu halda xüsusi materialdan hazırlanmış qırmızı rəngdə elastik nöqtəni çəkiclə sındırmalıdırlar. Bu halda zərbə bütün şüşəyə yayılacaq. 

Kərimov əməkdaşlarımıza bildirib ki, qatarları idarə etmək üçün 4 nəfər Belarusun Minsk şəhərində təlim keçib.

"Növbəti 4 nəfərə isə burda təlim keçiriləcək. Onlar da bu qatarı öyrənəcəklər. Bununla bərabər hazırda servis işçiləri tədris keçirlər. Qatarı öyrənirlər” - deyə, o bildirib.

Bundan əlavə, qeyd edək ki, yeni qatarların hündürlüyü adi qatarlardakından çox olduğundan bunun üçün adıçəkilən qatarlar üçün xüsusi platforma yaradılır. Hazırda həmin platformada işlər gedir. Oxucularımızı dəmiryolçular tərəfindən aparılan təmir işləri ilə tanış edirik. 









www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol