• $
  • €
  • ₽
  • ₺
  • £

“BP-Azerbaijan” iri layihələri ixtisar edə bilərmi?

“BP-Azerbaijan” iri layihələri ixtisar edə bilərmi?
28.07.2015 17:28
Neftin qiymətinin ucuzlaşması BP şirkətinin xalis gəlirlərinin 64% azalmasına səbəb olub. 

Oxu.Az xəbər verir ki, qərb analitiklərinin bildirdiyinə görə, BP-nin baş icraçı direktoru Bob Dadli şirkəti neftin qiymətinin azalmasının uzun bir müddət davam etməsi vəziyyətinə hazırlayır. 

Analitiklərin sözlərinə görə, baş icraçı direktor xərcləri azaltmaq üçün bir sıra layihələri yenidən gözdən keçirir. 

Qeyd edək ki, neftin qiymətinin 2014-cü ildən başlayaraq 50% dəyər itirməsi, bir sıra şirkətlərin yüksək xərcli layihələrə investisiya yatırmalarına mane olub. 

BP-də baş verən bu proseslər şirkətin Azərbaycandakı nümayəndəliyinə necə təsir göstərə bilər? Neftin qiymətinin yenidən ucuzlaşması ilə əlaqədar şirkət hansısa böyük həcmli layihələri ixtisar edə bilərmi? 

"BP-Azerbaijan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı məsələ ilə bağlı Oxu.Az-a bildirib ki, BP-nin Azərbaycanda icraçısı olduğu layihələr uzunmüddətli və çox əhəmiyyətli layihələrdir:

"BP-nin bu layihələrlə bağlı öhdəlikləri var və onlara əməl etməkdə davam edəcək. Bu layihələr uğurla irəliləyir və bundan sonra da planlara uyğun şəkildə davam edəcək”.

"Bununla belə, aydındır ki, indiki mühitdə biz rəqabətqabiliyyətliliyimizi daha da artırmaq yönümündə işlər görürük. Bu işlərə əsasən əməliyyatlarımızın və obyektlərimizin səmərəliliyini artırmaq tədbirləri daxildir. Yəni bunlar əməliyyat proseslərimizin, təchizat fəaliyyətlərimizin və təşkilatımızın daha sadə və səmərəli olması istiqamətlərində olan tədbirlərdir. Təbii, bunlar biznes fəaliyyətinin tələblərinə uyğundur və bizim daha rəqabətqabiliyyətli olmağımızı təmin etmək məqsədi daşıyır” - deyə, T.Bayatlı bildirib. 
 
Mətbuat xidmətinin rəhbərinin sözlərinə görə, bununla belə əsas diqqətimiz biznesin əsas sahələrindən, əməyin təhlükəsizliyi və obyektlərimizin və əməliyyatlarımızın etibarlılığını təmin etmək məqsədlərindən kənara yayınmayacaq. 

"Bunlar bizim əsas diqqət sahələrimiz olaraq qalacaq. Bu, bizə imkan verəcək ki, təhlükəsiz və etibarlı biznes əməliyyatları aparmaqla yanaşı, biz həm də bir operator olaraq daha güclü və daha rəqabətqabiliyyətli olaq” - deyə, o əlavə edib. 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol