Ekspert : "TV-lərdə ucuz vətənpərvərlik şousu...”

15:00 | 25.01.2015
Ekspert :

Ekspert : "TV-lərdə ucuz vətənpərvərlik şousu...”

Tanınmış telejurnalist, professor Qulu Məhərrəmli yanvarın 23-də "Xəzər” televiziyasında yayımlanmış "Hər şey daxil” verilişində aparıcının Azərbayacn manatını cırması olayına münasibət bildirib. 


Modern.az  xəbər verir ki, Q.Məhərrəmli bunu aparıcı Sevinc Səfərovanın gənc və təcrübəsiz olmayıqla bağlaıyb: 


"Gənc və təcrübəsiz müğənni-aparıcının səslənən mahnının təsiri altında emosional şəraitdə Azərbaycan manatı ilə bağlı hörmətsiz davranışa yol verməsi arzuolunmaz və məyusedicidir. Lakin verilişlərində həmişə milli-mənəvi dəyərləri qoruyan, dövlətçiliyi öndə saxlayan TV rəhbərliyinin belə xoşagəlməz insidenti dərhal pisləməsi, tədbirlər görməsi, yanlışlığa yol verənləri cəzalandırması və tamaşaçılardan üzr istəməsi onu gümün etməyə əsas verir ki, belə davranışlar təkrarlanmayacaq”


Q.Məhərrəmli daha sonra bildirib: "Bu olayla bağlı ucuz "vətənpərvərlik şousu” düzəltməyə gərək yoxdur”.


Tanınmış telejurnalist onu da əlavə edib ki, bəzi telekanallar zəif və bayağı verilişlərinə görə, onsuz da kifayət qədər kəskin tənqid olunur, lakin canlı efirdə baş vermiş hanısısa təsadüfi davranışa və ya düşünülmədən deyilmiş sözə görə TV-lərə hücüm etmək qəbulolunmazdır. Q.Məhərrəmli digər məsələyə də toxunub. Deyib ki, geniş tamaşaçı auditoriyası olan ANS, "Xəzər” və ATV kimi telekanallar canlı efirdə baş verən xoşagəlməz təsadüflərdən xilas olmaq yolları haqqında ciddi düşünməlidirlər.
 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM