Elçibəyin qızı atasından kitab yazdı

11:37 | 05.06.2022
Elçibəyin qızı atasından kitab yazdı

Elçibəyin qızı atasından kitab yazdı

Azərbaycanın keçmiş Prezidenti Əbülfəz Elçibəyin qızı Çilənay Səmədbəyli atası haqqında kitab yazıb. Bu haqda xəbəri Elçibəyin kürəkəni Aqil Səmədbəyli verib.

O bildirib ki, İstanbul Universitetinin Tarix fakültəsinin doktorantı olan həyat yoldaşı Çilənay Səmədbəylinin magistrlik dissertasiyası atasının "Həyatı və Siyasi Mücadiləsi” mövzusundadır.

"Baxmayaraq ki, Elçibəy haqqında çoxlu kitablar çıxıb, amma bu, elmi standartlara uyğun yazılmış ilk əsərdir. Kitabın başqa bir özəlliyi isə həyat yoldaşımın Elçibəy haqqında bu günə kimi hamının gözdən qaçırdığı mühüm bir detalı ortaya çıxarmasıdır”, - Aqil Səmədbəyli vurğulayıb.

Onun sözlərinə görə, "Əbülfəz Elçibəy: Həyatı və Siyasi Mücadiləsi” adlanın yeni kitab "Ötükən Yayınları” nəşriyyatı tərəfindən çap olunub və artıq satışdadır.


 
Əbülfəz Elçibəy ötən əsrin 80-ci illərinin sonlarında başlanan milli azadlıq hərəkatının liderlərindən biri olub. O, elə SSRİ dönəmində, 1975-ci ilin yanvarında millətçi və antisovet təbliğatı aparmaqda günahlandırılaraq həbs edilib. Bir il sonra 1976-cı il iyulun 17-də azadlığa çıxıb.

Elçibəy Xalq Cəbhəsi təşkilatının sədri kimi 1992-ci il iyunun 7-də Azərbaycanın prezidenti seçilib.

1993-cü il iyunun 4-də ölkənin ikinci şəhəri Gəncədə baş verən silahlı itaətsizlikdən sonra o, hakimiyyəti itirib. Həmin il iyunun 17-dən 18-nə keçən gecə Elçibəy Bakını tərk edərək anadan olduğu Kələki kəndinə gedib, 4 il 4 ay orada yaşayıb. Elçibəy bu addımını vətəndaş müharibəsindən yayınmaq kimi izah etmişdi. Elçibəy 2000-ci il avqustun 22-də 62 yaşında vəfat edib. O, Türkiyənin Gülhanə hərbi hospitalında müalicə alırdı.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti