Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Böyük Britaniyanın rəsmi şəxsləri ilə ölkələr arasında ikitərəfli əlaqələri müzakirə edib. Bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov X sosial şəbəkəsindəki səhifəsində yazıb.
"İşgüzar səfər çərçivəsində Elçin Əmirbəyov Böyük Britaniyanın milli təhlükəsizlik üzrə müşaviri Tim Barrou, nazir Stiven Dauti, Britaniya parlamentinin üzvləri və digər yüksək vəzifəli şəxslərlə görüşərək Azərbaycan və Böyük Britaniya arasındakı ikitərəfli əlaqələri, Azərbaycan və Ermənistan arasında sülh prosesinin statusunu və COP29-u müzakirə etdi. O, həmçinin Çatham Hausda Azərbaycan və Ermənistan arasında sülh prosesi və COP29 barədə çıxış edib," - Elin Süleymanov yazıb.
www.anews.az