Elə işlər görürlər ki, adam onların qırxılmamış üzündən öpmək istəyir - Deputat

16:20 | 22.01.2019
Elə işlər görürlər ki, adam onların qırxılmamış üzündən öpmək istəyir - Deputat

Elə işlər görürlər ki, adam onların qırxılmamış üzündən öpmək istəyir - Deputat

"Kənddən, rayondan Bakıya gəlib əməli-salih iş quranlar var. Tikintidə işləyirlər, maşın yuyurlar, saatsaz, elektrik, telefon ustası kimi çalışırlar. Belə insanlar pul qazanıb burada kirayə evdə qalırsa və ya ev ala bilirsə, onlara halaldır, qalıb Bakıda işləməlidirlər. Bunlar başqa kateqoriyalı insanlardır". 

Bunu Sonxeber.az-a Milli Məclisin deputatı Rüfət Quliyev iş dalınca kənddən şəhərə üz tutanlarla bağlı danışarkən deyib.

Bir ay işləyirlər, iki ay işsiz qalırlar

Onun sözlərinə görə, bu, təkcə Azərbaycanın problemi deyil, buna urbanizisasiya deyirlər: "Urbanizasiya problemi bütün dövlətlərdə mövcuddur. Fransada da var, amma müəyyən qədər. Söhbət müəyyən qədərdən gedir. Elə insanlar var ki, kənddən Bakıya gəldikdən sonra uğur qazanır, ailəsini dolandırır, yaxud rayondakı ailəsinə kifayət qədər pul göndərir. Amma elə insanlarımız da var ki, rayon və kənddən şəhərə gəlib iş tapa bilmir, yaxud bir ay işləyirlər, iki ay işsiz qalırlar".

Qaz, işıq, su, kanalizasiya, iş problemləri həqiqətən varıydı

Millət vəkili bildirib ki, onların Bakıya gəlməsinin səbəblərini də başa düşür və anlayır: "Bu səbəblərin hamısı heç kimə sirr deyil. 90-cı illərdən 2002-2004-ci illərədək rayonlarda problemli məsələlər varıydı. Cənab Prezident dövlət başçısı seçildikdən sonra rayonların inkişafı üzrə dövlət proqramları qəbul edilməyə başladı. Qaz, işıq, su, kanalizasiya, iş problemləri həqiqətən varıydı. Ona görə də insanlar Bakıya və ya digər şəhərlərə yollanırdılar. Hazırda regonlarda bu problemlər 90-95% öz həllini tapıb".

Adamın Allahı var

R. Quliyev hesab edir ki, Azərbaycan dövləti, hökumət aydan-aya çalışır ki, kiçik və orta biznes üçün daha çox şərait qurulsun: " Bu, göz qabağındadır. Adamın Allahı var. Mən, Yeni Azərbaycan Partiyasının (YAP) üzvü deyiləm, bitərəfəm. Ancaq mən YAP-ı dəstəkləyən birincilərdən biriyəm. İqtidar çalışıb hər cür şərait yaradıb. İnsanlar, bir neçə ailə birləşərək torpaq sahəsi götürsünlər, təbii ki, 5-10 sotdan bir ailə dolana bilər. Gündəlik öz ərzaq problemlərini həll edə bilərlər. Artığını bazarda satacaqlar, qalanını isə özləri istifadə edəcəklər".

Rayonlarda zavod-fabrikin açılması üçün...

Deputat xatırladıb ki, Cənubi Afrika Respublikasında (CAR) 38 min fermer 150 milyon insanı qida məhsulları ilə təmin edir: "İndi hamı elə bilir ki, orada insanlar acından ölürlər. CAR-da camaat Avropadan yaxşı yaşayır. Qiymətlər isə Avropa ilə müqayisədə 2-3 dəfə ucuzdur. Bütün növ məhsulları var. Ölkənin cəmi 15% torpaq sahəsi istifadəyə yararlıdır. Qalanı dağlıq ərazidir. Bu o deməkdir ki, belə təsərrüfat qurmaq mümkündür, ancaq orada insanlar bilavasitə kəndlilər, fermerlər məşğul olduqları o torpaqları sevirlər. Yəni münasibət başqadır. Rayonda yaşayan insan əkib-becərməlidir. Əgər istəyirlərsə ki, rayonlarda zavod-fabrik açılsın, o zaman mal, məhsul bolluğu olmalıdır".

Onlar acından ölməyəcək

R. Quliyevin fikrincə, Bakıda 3 milyona yaxın insan rahat yaşaya bilər: "Paytaxtda əmək bazarına böyük yük düşür. Ona görə ki, bir çox insan işsizdir. Hazırda xaricdə, Rusiyanın özündə maraqlı tendensiya var. Müəyyən sayda insanlar şəhərdəki evini icarəyə verib kəndə köçürlər, öz təsərrüfatlarını qururlar. Astaradan Tehranadək 14 saat yol getdim, boş torpaq sahəsi görmədim. Ona görə də İranı 500 il də sanksiya altında saxlasalar, onlar acından ölməyəcək. Ola bilsin onlar son telefon, televizor və maşından istifadə edə bilməsinlər. Lakin əsas olan qidadır".

Elə işlər görürlər ki, adam onların qırxılmamış üzündən öpmək istəyir

Bununla belə, o vurğulayıb ki, kənd və rayonlarda özünü torpağa həsr edən insanlar da var: "Gedin rayonlara baxın, həyətyanı sahələrində elə işlər görürlər ki, adam sadəcə olaraq onların qırxılmamış üzündən öpmək istəyir. Bunu bir qisim insan edir. Halbuki bunu torpağı varsa, 80-90% insan etməlidir. Kənddə heç meyvəni yığmaq istəmirlər. Lənkərandakı evimə iş görməyə elektrik çağırmaq üçün sürücü 3 gün qabaq zəng vurur. Çünki başqası yoxdur, olan da gəlib iş görə bilməyəcək. Kənd təsərrüfatı ilə məşğul olmağı fasiləsiz təbliğ etmək lazımdır. Bunu insanların beyninə yeritmək lazımdır. Xalqın özü işgüzar xalqdır. Dövlət sənə şərait yaradıb, işlə, kim sənə mane olur?"

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM