• $
  • €
  • ₽
  • ₺
  • £

Əli Əsədov qərar imzaladı: MÜAVİNƏT VERİLƏCƏK-5 gün müddətində...

Əli Əsədov qərar imzaladı: MÜAVİNƏT VERİLƏCƏK-5 gün müddətində...
06.04.2021 20:06
"Uşaq pulu hüquqi məsələdir. Azərbaycan Respublikası Konstitusiyanın 16-cı maddəsinin I hissəsində göstərilir ki, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Nəhayət, 38-ci maddənin I hissəsində göstərilir ki, hər kəsin sosial təminat hüququ vardır. Bu o deməkdir ki, Azərbaycan dövlətinin vətəndaşlar, o sırdadan da uşaqlar qarşısında social öhdəlikləri var”.
 
Azerforum.com-un xəbərinə görə, bunu ekspert Qubad İbadoğlu deyib
 
"Bundan əlavə, Azərbaycan Respublikası BMT-nin Uşaq Hüquqları Konvensiyasına 1992-ci il iyulun 21-də üzv olub. Sonralar həmin konvensiyanın müvafiq protokollarına da qoşulub. Bu Konvesisiya ilə Azərbaycan hakimiyyəti uşaqların haqqlarının qorunması öhdəliyinə malikdir. Hazırda kasıb ailələrdə böyüyən uşaqların haqları pozulur.  Uşaq pulu ideoloji məsələsidir. Uşaq pulu konseptual olaraq əsasən sosial rifah dövlətlərində tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyanın 15-ci maddəsinin II hisssəsində göstərilir ki, Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır. Bu o deməkdir ki, Azərbaycanda sosial rifah dövləti formalaşdırılır. Odur ki, Azərbaycan hakimiyyəti ideoloji baxımdan da uşaq pulu ödəmək öhdəliyinə malikdir.
 
Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2020-ci ilin 1 yanvar tarixinə Azərbaycanda 0-17 yaşlı uşaqların sayı 2 milyon 636 min 7 yüz nəfər olub. 2001-ci ildə bu yaşda uşaqların sayı 2 milyon 998 min 9 yüz nəfər olub. Bu isə o deməkdir ki, son 20 ildə Azərbaycanda uşaqların sayı 236 min 2 nəfər azalıb.
Azərbaycanda sosial müdafiə proqramları çərçivəsində uşaqların 85 faizinə yardım edilmir.
DSK-nın məlumatına görə, 2020-ci ilin 1 yanvar tarixinə, sosial müavinət alan uşaqların sayı 401249 nəfər olub. Bir nəfərə düşən orta aylıq məbləği 118,4 manat təşkil edib ki, bu da 18 yaşa qədər uşaqların 15,2 faizi deməkdir. Deməli 85 faizə qədər uşaqlar sosial müdafiə proqramlarından kənarda qalır.
Uşaqların hər birinə uşaq pulu verilməlidir.

Azərbaycan Respublikasının qəbul etdiyi  BMT-nin Uşaq Hüquqları 2-ci maddəsində göstərilir ki, iştirakçı dövlətlər uşağın, onun valideynlərinin və ya qanuni qəyyumlarının irqindən, dərisinin rəngindən, cinsindən, dilindən, dinindən, siyasi və ya digər əqidələrindən, milli, etnik və ya sosial mənşəyindən, əmlak vəziyyətindən, səhhətindən və doğum şəraitindən və ya hər hansı başqa hallardan asılı olmayaraq, heç bir ayrı-seçkiliyə yol vermədən, onların yurisdiksiyası daxilində hər bir uşaq üçün bu Konvensiyada nəzərdə tutulan bütün hüquqlara hörmət bəsləyir və onları təmin edirlər. Odur ki, uşaqlar arasında diskrinimasiya yol verilməzdir.
Büdcənin problemi maliyyə təminatında deyil, onun səmərəli və şəffaf xərclənməsindədir.
18 yaşına qədər hər bir uşağa yardım edilməlidir. Bu zaman 2,6 milyon nəfərdən 400 min uşaq pulu alan kateqoriyanı çıxmaqla sayı azaltmaq mümkündür. 400 min uşağa ödəmələr hazırkı büdcədə nəzərdə tutulub.
Uşaq pulunun məbləği ailələrin gəlirləri əsasında hesablanmalıdır.
Uşaq pulunun məbləği ailənin gəlirləri ilə yaşayış hər bir üzvün yaşayışının minimum dəyəri arasında fərq qədər müəyyənləşdirlə bilər.
 Uşaq Fondu yaradılmalıdır
Uşaq pulunun maliyyələşdirilməsi və idarəedilməsi üçün Uşaq Fondu yaradılmalı, onun maliyyə mənbələri şaxələndirilməlidir. Büdcədən, Dövlət Neft Fondundan və şirkətlərdən ayırmalar hesabın  Fondun vəsaiti yetərincə təmin oluna bilər.
Uşaq pulunun ödənilməsi büdcə gəlirlərinin çoxalmasına stimul verəcək.
Uşaq pulunun ödənilməsi ailənin xərcləmələrinin çoxalmasına, əhalinin alıcılıq qabliyyətinin artımına və bununla da dövlət büdcəsinə istehlak vergilərinin daha çox daxil olmasına gətirib çıxaracaq. Bununla da dövlət  uşaq pulu adı ilə ödədiyi vəsaitlərin bir hissəsini büdcəyəq qaytaracaq.
Uşaq pulunun ödənilməsi neft gəlirlərinin nəsillər arasında bölgüsü sahəsində mövcud ədalətsizliyi qismən olsa da aradan qaldıra bilər.
Uşaq pulunun ödənilməsi dövlət və ailə münasibətlərinin möhkəmlədə, hakimiyyətə ailələrin etimadını artıra bilər.
Azərbaycanda uşaqlar doyunca yeməli,  sağlam və savadlı böyüməlidir, bunun üçün də uşaq pulu mütləq verilməlidir” – Q.İbadoğlu qeyd edib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan buğda idxalına çəkdiyi xərci 17 %-ə yaxın artırıb
İqtisadiyyat 17:27
Azərbaycan buğda idxalına çəkdiyi xərci 17 %-ə yaxın artırıb
Azərbaycanın 10 ayda Ermənistana ixracının dəyəri açıqlanıb
İqtisadiyyat 15:39
Azərbaycanın 10 ayda Ermənistana ixracının dəyəri açıqlanıb
"Fitch": "Brent" markalı neftin qiyməti gələn il 65 dollara düşəcək
İqtisadiyyat 12:44
"Fitch": "Brent" markalı neftin qiyməti gələn il 65 dollara düşəcək
Nazir: Zəngəzur dəhlizi Şərqlə Qərb arasında yeni marşrut açacaq
İqtisadiyyat 11:53
Nazir: Zəngəzur dəhlizi Şərqlə Qərb arasında yeni marşrut açacaq
Ukrayna ordusu Zaporojye və Belqoroda PUA zərbələri endirib, altı nəfər ölüb
İqtisadiyyat 11:40
Ukrayna ordusu Zaporojye və Belqoroda PUA zərbələri endirib, altı nəfər ölüb
Birbank-ın “Yığ və qazan” lotereyasının ilk tirajının qalibləri bəlli oldu
İqtisadiyyat 11:25
Birbank-ın “Yığ və qazan” lotereyasının ilk tirajının qalibləri bəlli oldu
Bakıda “Ümumdünya Dayanıqlı Nəqliyyat Günü – 2026” beynəlxalq forumu işə başlayıb
İqtisadiyyat 11:09
Bakıda “Ümumdünya Dayanıqlı Nəqliyyat Günü – 2026” beynəlxalq forumu işə başlayıb
PAŞA Bank X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib
İqtisadiyyat 10:53
PAŞA Bank X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib
Ailə başçısını itirməyə görə pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:47
Ailə başçısını itirməyə görə pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol