News24.az xəbər verir ki, mərhum məktəblinin ailəsi, dostları, eləcə də bu hadisədən üzülən bir çox insanlar onun məzarını ziyarət edib, qəbrinin üstünə çiçəklər düzüblər. Valideynləri məzarın qarşısında şam yandırıblar. Elinanın valideynləri övladlarının intiharında günahı olan hər kəsin cəzalandırılmasını tələb etdiklərini də deyiblər: "Övladımızın ölümündə kimin günahı varsa, onların cəzalandırılmasını gözləyirik. Bizim balamız günahsız yerə bu torpaqda yatır”.
Qeyd edək ki, Elina Zabrat qəsəbəsindəki qəbristanlıqda dəfn olunub. Ailəsi onun məzar daşının üzərində mələk heykəlcik düzəltdirib. Eyni zamanda qəbrin üstünə "Yerin cənnətlik olsun, bizim mələyimiz..." sözlərini yazdırıblar.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !