Elmar Məmmədyarov Belçika və Almaniyaya gedəcək

13:24 | 05.12.2016
Elmar Məmmədyarov Belçika və Almaniyaya gedəcək

Elmar Məmmədyarov Belçika və Almaniyaya gedəcək

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 7-də Brüssel şəhərində keçiriləcək NATO-nun Əfqanıstana Qətiyyətli Dəstək Missiyasına töhfə verən ölkələrin xarici işlər nazirlərinin toplantısında iştirak etmək üçün Belçikaya işgüzar səfər edəcək.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Nazirlikdən verilən məlumata görə, Azərbaycan XİN rəhbəri eyni zamanda, dekabrın 8-9-da Hamburq şəhərində keçiriləcək ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 23-cü iclasında iştirak etmək üçün Almaniyaya işgüzar səfər edəcək.

Azərbaycan XİN başçısının sözügedən tədbirlərdə çıxışları və bir sıra ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulub.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM