Elnur Hüseynovun "Eurovision"da qalib gəlmək şansı nə qədərdi? - AÇIQLAMA

13:20 | 16.03.2015
Elnur Hüseynovun

Elnur Hüseynovun "Eurovision"da qalib gəlmək şansı nə qədərdi? - AÇIQLAMA


Bu il Azərbaycanı "Eurovision-2015”də təmsil etmək üçün Elnur Hüseynov seçilib. O, "Eurovision-2015”də "Hour of the Wolf” mahnısını ifa edəcək.
 
Elnur Hüseynovun "Eurovision-2015”də qalib gəlmək şanslarını öyrənmək üçün mütəxəssilərə üz tutduq. Suallarımız beləydi: Elnurun müsabiqədə yer tutmaq şansı nə qədərdir? Müğənninin ifa edəcəyi "Hour of the Wolf” mahnısı yaxşı seçimdirmi? Elnurun Türkiyədə yarışmada qalib gəldikdən sonra Azərbaycanı "Eurovision" müsabiqəsində təmsil etməsi təsadüf, yoxsa məntiqi seçimdir?
 
Suallarımızın cavablandırılması üçün Azərbaycan Respublikasının əməkdar artisti, bəstəkar Gövhər Həsənzadəyə üz tutduq.
 
Bəstəkar ANN.Az-a açıqlmasında Elnur Hüseynovun "Eurovision-2015” müsabiqəsində layiqli çıxış edəcəyinə inandığını dedi: "2008-ci ildən sonra ümumiyyətlə mən "Eurovision" müsabiqəsi ilə maraqlanmıram. Yəni "Eurovision” müsabiqəsinin hazırlıq turlarında, iştirakçıların seçimində iştirak eləmirəm. Bu il də müsabiqəni tamaşaçı kimi izləyəcəm. Amma Elnur haqqında onu deyə bilərəm ki, o daha çox Türkiyədə,  "O Səs Türkiyə” yarışmasında qalib olandan sonra məhşurlaşdı. Elnur buna qədər belə məhşur yarışmalarda iştirak etmirdi, ona görə də az yada düşürdü. Bu yarışma proqramı Türkiyədə olduğu kimi, bizim ölkəmizdə də yetəri qədər populyardır. Ona görə də o, hər kəs tərəfindən yenidən xatırlandı. Elnur həminki insandı, çıxışları yenə yaxşıdı. Ümid edirik ki, "Eurovision-2015”də də bizi layiqincə təmsil edəcək. Amma hər şey təşkilat komitəsindən asılıdır. Elnurun müsabiqəyə necə hazırlanacağı önəmlidir. O sadəcə ifaya görə məsuliyyət daşıyır. Arzulayıram ki, 2008-ci ildəki kimi çıxışı yaxşı olar və qalibiyyət əldə edər”.

Elnur Hüseynovun ifa edəcəyi mahnıdan söz açan bəstəkar belə dedi: "Bu mahnı Elnur Hüseynovun özünün məhsuldursa, lap yaxşı. Çünki buna görə o heç kimdən asılı olmayacaq. Amma istəməzdim ki, 2008-ci ildəki kimi, çıxışdan sonra ona deyilənlər bu il də təkrarlansın. Bu il Elnur Hüseynova daha çox dəstəyin olacağına inanıram”. 
 
Məsələ il əlaqədar Azərbaycanın məşhur estrada müğənnisi, xalq artisti Flora Kərimovaya da müraciət etdik. 
 
Xalq artisti açıqlamasında bildirdi ki, əgər Elnura bu il yetəri qədər dəstək olsa, təbii ki, o Azərbaycanı qalib edəcək: "Elnur Hüseynov barədə Azərbaycan xalqı yox, tək-tək insanlar pis danışdılar, onu gözdən salmağa çalışdılar. Amma alınmadı, indi hal-hazırda Elnur bizi "Eurovisin-2015”də təmsil edəcək. Yadda saxlamaq lazımdır ki, istedadı olanın qarşısını kəsmək olmaz. İstərdim ki, Elnura göstərilən indiki qayğı, sevgi onun 2008-ci ildə "Eurovision” müsabiqəsində keçirilən yarışmada tərəfdaşı olan Samirə də eyni dərəcədə göstərilsin. Samiri bizim kanallar tez-tez verilişlərə çağırmalıdır ki, o da yadda çıxmasın. Belə hadisələr birinci dəfə deyil baş verir. Samir Bağırova da vaxtilə belə münasibət göstərib gözdən salmağa çalışmışdılar. Daha sonra Elnura bunu etmək istədilər, ancaq alınmadı. Çünki istedadlı insanlara belə münasibət göstərmək düzgün deyil. Arzu edirəm ki, Elnur bizləri bu il "Eurovision-2015”də qalib edər”. 

Orxan Aslanlı
 
ANN.Az


0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti