Elnur Məmmədli ilə Fedor Emelianenkonun fərqi - FOTOLAR

12:08 | 27.08.2014
Elnur Məmmədli ilə Fedor Emelianenkonun fərqi - FOTOLAR

Elnur Məmmədli ilə Fedor Emelianenkonun fərqi - FOTOLAR

Bir azərbaycanlının "sadəlik nümunəsi" 
Azərbaycanda bir beynəlxalq arenada çempion olan idmançının ən qısa zamanda necə “şişdiyini” yaxşı bilirsiz. Hələ elə bir idmançı olmayıb ki, olimpiyadada ard-arda iki dəfə çempion olsun. Onlar bir dəfə çempion olandan sonra o qədər “şişirlər” ki, gələcək çempionluqlar bir anın içində yox olub gedir. Qarşılığında isə pullar, var-dövlət, bahalı maşınıar düşünülür.
 
Yuxarıda sizin gördüyünüz fotoda gördüklərinizdən sol tərəfdəki şəkildə yer alan və işarəylə göstərilən insan Fedor Emelianenkoya məxsusdur. O, rusiyalı qaydasız döyüş ustası, qaydasız döyüş üzrə 4 qat MMA çempionu, "RINGS" versiyasına görə 3 qat, WAMMA 4 qat dünya çempionu, döyüşün sambo üzrə 4 qat dünya və 8 qat Rusiya çempionu, sambo üzrə beynəlxalq məşqçi və beynəlxalq idman ustasıdır və ictimai nəqliyyatdan istifadə edir.
  
Və bir də 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış Azərbaycan cüdoçusu Elnur Məmmədli.
 
 O, Porschesi haqqında soruşulduqda deyib: "Olimpiya çempionuyam, “07” sürəsi deyiləm ki. Şükür Allaha, imkanımız, gücümüz çatır ki, o maşını alıram, sürürəm".
 
Emilanko isə metrodan istifadə etməsi ilə bağlı jurnalistin ona verdiyi suala bu cür cavab verib: "Mən sadə, normal insanlar kimi yaşamağa çalışıram. Özünü böyük, hamıdan üstün döyüşçü sayanlar sonda itirən tərəf olur".
P.S. Səhv anlamayın, bu iki idmançının müqayisəsi deyil. Yeri gəlsə, Emilyanov Elnurun sürdüyü maşından iki qat bahalısını alıb sürə bilər. Sadəcə, Elnur Məmmədlinin bu sözləri Azərbaycan reallığından danışır. Əslində, onun timsalında azərbaycanlı psixologiyası görünür. Bu bizik, maddiyyatla fəxr etmək köhnə adətimizdir. Biz böyüklüyümüzü, önəmli olduğumuzu belə göstəririk. Bizim üçün böyük adamlar bahalı maşın sürüb, böyük evlərdə yaşayanlardır. Bizim üçün 100 minlik maşından düşən "çoban", avtobus basabasında əzilən müəllimdən, alimdən daha üstündür. Biz pulu bütləşdirən xalqıq.
 
Rekord.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb