Elzanın yalanı açıldı – 10 min deyil, 550 imza toplanıb

12:55 | 03.10.2015
Elzanın yalanı açıldı – 10 min deyil, 550 imza toplanıb

Elzanın yalanı açıldı – 10 min deyil, 550 imza toplanıb

Deputatlığa namizədliyini irəli sürən əməkdar artist Elza Seyidcahan imza vərəqələrini 54 saylı Şabran-Siyəzən Dairə Seçki Komissiyasına təhvil verib.

O, mətbuata açıqlamasında iki günə 10 050 imza topladığını deyib. 54 saylı Şabran-Siyəzən seçki dairəsinin sədri Saleh Təhməzov AzNews.az-a açıqlamasında bildirib ki, Elza Seyidcahan 550 imza toplayıb: "Sənədləri yoxlanılıb. Və Dairə Seçki Komissiyası aidiyyəti üzrə Elza xanıma 11 imza vərəqi təqdim edib. Elza xanım həmin imza vərəqələrini bizdən götürüb və 550 imza ilə birlikdə Dairə Seçki Komissiyasına qaytarıb”.

S.Təhməzov qeyd edib ki, hazırda bəstəkarın imzaları Dairə Seçki Komissiyasının işçi qurupu tərəfindən yoxlanır: "Sənədlərə baxılır. İşçi qurupu sonda nə qərar verəcək, onu deyə bilmərəm”. 

Məlumat üçün bildirək ki, Elza Seyidcahan bu gün mətbuata açıqlama verərək 10 050 imza topladığını bildirib. Lakin Dairə Seçki Komissiyası ona yalnız 11 imza vərəqi təqdim etdiyini qeyd edib. Bir imza vərəqində isə yalnız 50 nəfər imza çəkə bilər. Buradan praktiki olaraq Elza Seyidcahanın 10 050 imza toplamasının mümkün olmadığı görünür.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti