Əmanətçilərə 590 milyon manat kompensasiya ödənildi - Azərbaycanda

13:07 | 25.10.2016
Əmanətçilərə 590 milyon manat kompensasiya ödənildi -  Azərbaycanda

Əmanətçilərə 590 milyon manat kompensasiya ödənildi - Azərbaycanda

Əmanətlərin Sığortalanması Fondu lisenziyası ləğv olunan 10 bankın qorunan əmanətçilərinə ödənilən kompensasiyanın həcmini açıqlayıb.
 
Fonddan "APA-Economics"ə verilən məlumata görə, "Parabank" ASC-nin qorunan əmanətçilərinə 32 mln. 883 min manat, "Zaminbank" ASC-nin qorunan əmanətçilərinə 51 mln. 22 min manat, "Kredobank" ASC-nin qorunan əmanətçilərinə 23 mln. 75 min manat və "Dekabank" ASC-nin qorunan əmanətçilərinə isə 2 mln. 858 min manatdan artıq kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 109 mln. 838 min manatdan artıq kompensasiya veriib.
 
"Atrabank" ASC-nin qorunan əmanətçilərinə 14 mln. 110 min manat, "Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə 1 mln. 876 min manatdan artıq kompensasiya ödənişi edilib. 2 bank üzrə ümumilikdə 15 mln. 986 min manatdan artıq kompensasiya ödənilib.

"Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə 24 mln. 91 min, "Gəncəbank" ASC-nin qorunan əmanətçilərinə 969 min manat, "Texnikabank" ASC-nin qorunan əmanətçilərinə isə 119 mln. 978 min manatdan artıq kompensasiya ödənişi həyata keçirilib. 3 bank üzrə ümumilikdə 145 mln. 38 min manatdan artıq kompensasiya ödənilib.
 
"Bank Standard" QSC-nin qorunan əmanətçilərinə 319 mln. 269 min manat artıq kompensasiya ödənişi baş tutub.
 
Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 590 mln. 131 min manatdan artıq kompensasiya ödənilib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti